İlkin Süleymanovun məhkəməsində üç şahid ifadə verdi
Yusif Nəzərli
16:52 12.04.2023
Cəmiyyət
430
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Tovuz rayon Dondar Quşçu kənd sakinləri Vəliyev Tofiq Qara oğlu, Süleymanov Rüstəm Əli oğlu və Əliyev Gündüz Saleh oğlu ifadə veriblər.
T.Vəliyev bildirib ki, meyit tapılan zaman yerdə yarımçıq yanan bir neçə kibrit çöpləri olub.
Vəkillər isə bildirib ki, istintaq materiallarında meytin yanında sadəcə 1 kibritin aşkarlandığı qeyd olunub.
Daha sonra R.Süleymanov və G.Əliyev şahid qismində ifadə veriblər.
Onlar deyiblər ki, N.Quliyevanın yaşadığı evin həyətinin yol tərəfdə olan hissəsində kəsilmiş saç görüblər. Bu zaman qızın atası bildirib ki, toydan bir müddət öncə Nərminin saçını kəsdirib ora tullayıblar.
Vəkillər isə bildirib ki, bu haqda da istintaq materiallarında qeyd yoxdur.
Növbəti məhkəmə iclası aprelin 19-na təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region