“İrəli”dən ulu öndərin anım günü çərçivəsində silsilə tədbirlər... - FOTO
Yusif Nəzərli
14:20 12.12.2022
Cəmiyyət
350
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndərin anım günü çərçivəsində silsilə tədbirlər həyata keçirilib.
Birliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirlər planı çərçivəsində ulu öndərin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə tədbir keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı tədbirdə çıxışları zamanı ulu öndər Heydər Əliyevin ölkə gəncliyinə daim böyük diqqət və qayğı göstərdiyini, onun fəaliyyəti dövründə gənclərin vətənpərvər və milli ruhda formalaşmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qəbul edildiyini diqqətə çatdırıblar.
Dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən çıxışçılar bu müddət ərzində formalaşan gəncliyin ümummilli məsələlərdə yüksək fəallıq nümayiş etdirdiyini, habelə Vətən müharibəsində öz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasında, bununla da, ulu öndərin vəsiyyətinin yerinə yetirilməsində olduqca böyük rola malik olduğunu vurğulayıblar.
Tədbir daha sonra müstəqil və müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin irsinin gələcək nəsillərə aşılanmasında gənclərin rolu mövzusunda müzakirələrlə davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Silsilə tədbirlər çərçivəsində həmçinin Azərbaycan Televiziyası tərəfindən lentə alınan “Xalqın Adamı” filminin nümayişi keçirilib, gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya müddətində gənclər ümummilli liderin keçdiyi şərəfli ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar və eksponatlarla yaxından tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual