İsveçrənin “RSI” teleradiosunun Ağdamdan və Füzulidən reportajında erməni vəhşilikləri... - VİDEO
12:23 17.12.2020
Cəmiyyət
475
İsveçrənin italyandilli “RSI” teleradiosunda “Dağlıq Qarabağa qayıdış” adlı reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına səfər edən telekanalın əməkdaşı Filippo Çiçu tərəfindən hazırlanmış reportajda dağıdılmış yaşayış məntəqələri nümayiş olunur. Jurnalist Ağdam və Füzuli şəhərlərinin “ruhlar məkanı”na çevrildiyini diqqətə çatdırır.
Reportajda 30 il bundan əvvəl bu ərazilərdən didərgin salınmış azərbaycanlıların tədricən öz torpaqlarına qayıdışından bəhs olunur. Həmçinin sentyabr ayından noyabr ayınadək davam edən 44 günlük müharibədən söhbət açılır.
Reportajda ötən əsrin 90-cı illərində Ermənistanın Qarabağa nəzarəti ələ keçirərək, əhalisi azərbaycanlılardan ibarət olan şəhər və kəndlərin sakinlərini qovduğu və həmin ərazilərdə hərbi postlar qurduğu bildirilir.
Qeyd edilir ki, 30 illik işğal zamanı “ruhlar məkanı”na çevrilmiş bu ərazilərdə tərk edilmiş və dağıdılmış evlərin arasında özünə mövqe seçən erməni hərbçiləri burada müdafiə istehkamları qurublar. 1990-cı illərdən bəri heç də sakitləşməyən münaqişə bu ilin sentyabr ayında yenidən alovlanıb və Azərbaycan işğal altındakı ərazilərini azad edib.
Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərində qovulmuş azərbaycanlı köçkünlər təxminən 30 ildən sonra öz torpaqlarına geri qayıda bilərlər. Lakin burada onları dağıntılar və minalanmış ərazilər gözləyir. Həmin minalanmış ərazilər isə hazırda Azərbaycan əsgərləri tərəfindən təmizlənir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol