“Kasıbın çörəyinə “əl” uzadanlar məsuliyyət daşıyırlar” – Cəzalanacaqlar !
Şəymən Bayramova
11:52 14.05.2020
Cəmiyyət
817
"Gözü çıxan qardaş göz qabağındadır". Yeni kadrlar eyni səhvləri təkrarladığı halda hər biri cinayət məsuliyyətinə cəlb olunacaq"
"Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları Prezident İlham Əliyevin kəskin və qətiyyətli mövqeyi ilə davam etdirilir".
Bu sözləri “Sherg.az”a Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, ölkəmizdə aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, kölgə iqtisadiyyatının aradan qaldırılması təşkil edir:
"Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırıb. Tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirib".
Millət vəkilinin sözlərinə görə, korrupsiya ilə mübarizə artıq dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısı korrupsiya ilə bağlı öz fikirlərini qətiyyətlə bildirib. Bu sahədə dövlət tərəfindən kifayət qədər işlər görülüb:
"Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə rayon icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri, Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşları cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib. Sözügedən həbslər ölkə başçısının bu islahatlarda nə qədər qətiyyətli olduğunu göstərir. Ümumi proseslər fonunda deyə bilərəm ki, ölkə Prezidentinin sözügedən bəyanatı özünü çox gözlətməyəcək və korrupsiyaya qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Bu islahatlar şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün büdcə gəlirləri və ölkə iqtisadiyyatına müsbət təsir göstərir".
Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır:
"Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir".
A.Hüseynov diqqətə çatdırıb ki, həbs olunan şəxslərin yerinə təyin olunan kadrlar fəaliyyətlərində sələfləri kimi qanunsuz əməllərə yol versələr, onların da taleyi eyni olacaq. Kasıbın çörəyinə əl uzadan hər kəs qanun qarşısında məsuliyyət daşıyır:
"Gözü çıxan qardaş göz qabağındadır". Yeni təyin olunan kadrlar eyni səhvləri təkrarladığı halda mövqeyindən, statusundan asılı olmayaraq hər biri cinayət məsuliyyətinə cəlb olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya