Keçmş deputatla keçmiş spikerin ulduzu niyə barışmayıb? - AÇIQLANDI
Yusif Nəzərli
10:56 31.05.2022
Cəmiyyət
588
“Bir kuryoz da o oldu ki, Oktay Əsədov məndən soruşdu ki, sən Fazil Məmmədovun adamı deyilsən? Dedim xeyr, mən prezidentin "adamıyam"
Keçmiş millət vəkili, iqtisadçı-alim Nazim Bəydəmirli Feysbuk hesabında maraqlı paylaşım edib. “Sherg.az” mətni olduğu kimi təqdim edir:
“Deməli, 2006-cı il idi, yeni deputat idim, Zəyəm çayından Tovuza su çəkmək üçün Yanıqlı kəndinin yuxarısında su anbarı tikilirdi. Baxdım ki, köhnə, istifadə olunmuş qaz borularını töküblər istifadə etmək üçün. Yanımda Simurq TV (indiki Tovuz Tv, Türkel TV) icraçı direktoru Namik Isayev və çəkiliş qrupu var idi. Dedim çəkin, müsahibə verdim, ANS-dən xahiş etdim ki, onlar da xəbər etdilər. Aləm dəydi bir birinə, sabahısı gün MM Katibliyinin rəisi zəng edir ki, cənab sədr Oktay Əsədov səni görmək istəyir. Elə o görüşdən sonra onunla ulduzumuz heç vaxt barışmadı, sədrə də izah etdim ki, içərisindən qaz keçmiş boruları içməli su xətlərində istifadə etmək qəti olmaz, kütləvi zəhərlənmə olar. Boruları yığışdırdılar, yeni borular gətirdilər, əvvəl məndən qorxurdular ki, prezidentə də bu məsələləri çatdıraram. Bir kuryoz da o oldu ki, Oktay Əsədov məndən soruşdu ki, sən Fazil Məmmədovun adamı deyilsən? Dedim xeyr, mən prezidentin "adamıyam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya