Kəlbəcərdə minaya düşənlər danışdı - VİDEO
Kəlbəcərdə minaya düşənlər danışdı - VİDEO
Yusif Nəzərli
14:35 16.12.2022
Cəmiyyət
511
53 yaşlı Rodik Pənahov Kəlbəcərin Çıraq kəndində quruculuq işi ilə məşğul olan zaman ard-arda iki dəfə minaya düşən traktor sürücüsüdür. Qusar sakini sağalan kimi yenidən Kəlbəcərə − işinin başına dönəcəyini deyir.
O, axşamtərəfi, iş başında olarkən minaya düşüb. Köməyə gələn iş yoldaşları onu yük maşınına qoyub xəstəxanaya apararkən bir neçə metr aralıda yenidən minaya düşüb. Rodik Pənahov digər 3 yoldaşı ilə birlikdə təkrar xəsarətlər alıb.
26 yaşlı Sadir Əliyarov da Qusar sakinidir. O, iş yoldaşlarına köməyə gedərkən minaya düşüb.
“Bizə zəng gəldi ki, traktor minaya düşüb. Biz gələndə artıq hərbçilər köməyə gəlmişdi. Biz də qalxdıq, yaralıları yük maşınının arxasına qoyduq. Düşmək istəyəndə, elə 10 metr getmişdik ki, yük maşını da minaya düşdü”, - deyə o qeyd edib.
Xatırladaq ki, dekabrın 14-də Kəlbəcərin Çıraq kəndi ərazisində 8 nəfər şəxs minaya düşüb. Onlardan 4-ü mülki şəxs, 4-ü isə hərbçidir. Piyada əleyhinə minaya düşələrin 7-si yaralanıb, 1 hərbçi isə şəhid olub.
ANAMA əməkdaşları əraziyə baxış keçirib. Dəlillərə əsasən, partlayan minanın 7,5 kiloqram partlayıcı maddə olan “TM 62-M” tipli tank əleyhinə olduğu ehtimal edilir. Ərazinin bu tipli minalarla çirkləndiyi məlum olub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi