Kərim Vəliyev Qaragöl istiqamətində döyüş hazırlığının artırılması üçün tapşırıqlar verdi
Yusif Nəzərli
13:30 30.12.2021
Cəmiyyət
750
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib.
Sonra hərbi birliyin şəxsi heyəti ilə xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə nazirinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi psixoloji durumunun yaxşılaşdırılması istiqamətində aparılan işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Xidməti döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Müşavirədə polkovnik Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oxunub, ona gələcək xidmətində uğurlar arzulanıb, xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı Müdafiə nazirinin tapşırıq və tövsiyələri çatdırılıb.
Sonda Baş Qərargah rəisi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi