
Kiber fırıldaqçılardan necə qorunmalı? - Bütün fayl və linklərdən...
Yusif Nəzərli
13:37 14.08.2023
Cəmiyyət
674
Artıq günümüzdə internet dələduzluğu artıb. Hətta bəzi kiber cinayətkarlar sosial şəbəkələrdə profilləri oğurlayaraq, həmin adamın dostluğundakı şəxslərə qarşı fırıldaqçılıqla məşğul olurlar. Sual yaranır ki, bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Kiber fırıldaqçılıq əməllərinə başlanılmasının sosial şəbəkələrin yaranmasına təsadüf etdiyini deyən informasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə "Sherg.az"a qeyd edib ki, profillərin oğurlanması daimi istifadə edilən alətlərdən biridir:
"Həm müxtəlif cinayətkar qruplar, həm də xakerlikyə başlamaq istəyənlər düşünürlər ki, başqasının profilini oğurlamağın cəzası yoxdur. Amma bu belə deyil. Yəni faktiki olaraq Azərbaycan qanunvericiliyinə əsasən bu hallarda cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İnsanların belə vəziyyətdən özlərini qoruması isə istifadə etdiyi sosial şəbəkənin imkanından asılıdır. Yən instaqramda, Tik-Tok-da, feysbukda və digər platfomalarda istifadəçilərin qorunması üçün müəyyən quraşdırmalar var. Ümumiyyətlə hesabın oğurlanmaması üçün ilk növbədə "E-mail"də iki pilləli təhlükəsizliyi aktivləşdirmək lazımdır.

Bunu həm "E-mail"də, həm də sosial şəbəkənin özündə etmək olur. Sadəcə onu aktivləşdirmək lazımdır. Bununla başqa adam sizin parolunuzu oğurlasa belə profilinizə daxil ola bilməyəcək. Digər tərəfdən insanlar son zamanlarda fişinq fırıladqçılığa da məruz qalırlar. Yəni sizə hansısa link, şirnikləndirici mətn göndərilir və şəxsi məlumatlarınızı ora daxil etməyə sövq olunursunuz. Ancaq belə linklərdən hər zaman şübhələnmək lazımdır. Hətta göndərən şəxsdən soruşmaq lazımdır ki, həqiqətən bu fayl onun tərəfindəndir? Ümumiyyətlə insanlar başa düşmürlər ki, heç kəs dayandığı yerdə pul mükafatı və ya qiymətli hədiyyələr verə bilməz. Ona görə də sosial şəbəkələrdə göndərilən bütün fayl və linklərdən şübhələnmək lazımdır. Çünki şübhələnmək onlayn təhlükəsizliyin əsasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq