Köçkünlərin yurda qayıdışı: "...Sönmüş ocaqlar alovlansın”
Yusif Sultanoğlu
12:12 01.12.2020
Cəmiyyət
704
Prezident İlham Əliyev Laçın rayonun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısı çıxışında bir sıra mühüm məqamlara toxunub. O həmçinin məcburi köçkünlərin yurdlarına qaytarılması məsələsindən də danışıb. Ali Baş Komandan qeyd edib ki, ilk növbədə biz laçınlıları Laçına qaytaracağıq:
“Laçın işğal olunanda bu rayonda 50 mindən çox adam yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilən bütün digər rayonlarımıza tezliklə qaytaraq”.
Prezident bu sözləri ilə 1 milyon məcburi köçkünün ürəyinə su səpib, onları fərəhləndirib.
Ölkə başçısının səsləndiridyi fikirlər haqqında “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov mövzu ilə bağlı bunları söyləyib:
“Bütün məcburi köçkünlərimiz, o cümlədən laçınlılar ən qısa zamanda yurd-yuvasına qovuşacaq. Onlar 27-28 ildir o günlərin arzusu ilə yaşayıb. Allah qismət eləsin, doğma torpaqlarına gedib, sönmüş ocaqlarını yenidən yandırsınlar.
O zaman şəhidlərimzin, ulularımızın da ruhu şad olacaq. Laçınımız da azad edildi və beləliklə, Azərbaycanın ərazi bütovlüyü təmin olundu.
Bundan sonra müəyyən prosedurlar – yol, infrastruktur və təhlükəsizlik məsələləri həllini tapacaq. Bu işlər növbəli və paralel şəkildə həyata keçiriləndən sonra məcburi köçkünlər qayıdacaqlar.
Onu da deyim ki, ilk gündən-sentyabrın 27-i ermənilərə zərbə vurduğumuz andan etibarən qaçqınlar yurdlarına qovuşmağın arzusu ilə yaşayır. Həmçinin işğaldan azad edilən ərazilərdə bərpa işlərinə də başlanılıb.
Yol, rabitə, nəqliyyat, su, qaz və enerji məsələlərinin təmin edilməsi istiqamətində işlər görülür. O cümlədən ANAMA da təhlükəsizlik tədbirlərini həyata keçirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz