Köhnə binaların həyətində şlaqbaum quraşdırılması qanunidirmi?
Köhnə binaların həyətində şlaqbaum quraşdırılması qanunidirmi?
Yusif Nəzərli
13:21 30.10.2023
Cəmiyyət
674
Bakıda yeni tikilmiş binaların (göydələn) həyətinə girişin şlaqbaumla məhdudlaşdırılması adi hal olsa, son vaxtlar bu məsələ köhnə binaları da əhatə etməkdədir.
Fərq ondadır ki, yeni binalarda şlaqbaumları adətən Mənzil-Tikinti Kooperativlərinin sahibləri quraşdırır, köhnə binalarda isə bu işi sakinlər özləri pul yığaraq edir.
Bəs köhnə binaların həyətində şlaqbaumların quraşdırılması qanunidirmi? "Report" mövzunu əmlak bazarı üzrə ekspertlərlə müzakirə edib.
"Sakinlər bunu etməyə məcburdur"
Onlardan biri Elnur Fərzəliyev deyir ki, köhnə binaların sakinləri şlaqbaum quraşdırmağa məcburdur: "Köhnə binalarda həyətlər yeni binalara nisbətən genişdir. Bu binaların yaxınlığında çox zaman ictimai iaşə obyektləri, ofislər və yaxud marketlər yerləşir. Həmin obyektlərə gələnlər avtomobillərini park etmək üçün yer axtarırlar. Yol kənarında avtomobil saxlamaq qadağan edildiyi üçün həmin şəxslər avtomobillərini yaxınlıqda köhnə yaşayış binalarının həyətində park edirlər. Belə olduqda həmin binanın sakinləri öz həyətlərində avtomobil saxlamağa yer tapmırlar. Odur ki, vətəndaşlar birləşib həyətə şlaqbaum qoydururlar".
"Şlaqbaum üçün pul yığılması könüllü olmalıdır"
Onun sözlərinə görə, bu məsələdə daha çox binanın avtomobili olan sakinləri maraqlıdır və maşınsız sakinlərdən də pul alıb şlaqbaum quraşdırmağa çalışırlar. Amma bu məsələdə iştirak könüllü olmalıdır: "Bu şlaqbaumun pultu həmin binada yaşayan hər bir sakində ola bilər. Kiminsə buna ehtiyacı yoxdursa, pul verməyə bilər. Yəni, şlaqbaum üçün pul yığılması hər sakinin öz istəyinə bağlı məsələdir, könüllü olmalıdır. Yəni, insanlar həyətlərini kənar maşınlardan qorumaq istəyirsə, bunu könüllü formada etməlidirlər".
"Bu məsələyə heç bir qurum nəzarət etmir"
E.Fərzəliyev həmçinin bildirir ki, həyətlərdə şlaqbaum quraşdırılması məsələsinə heç bir dövlət və yaxud yerli özünüidarəetmə qurumu nəzarət etmir: "Dövlət qurumlarının yalnız binaların girişlərinin daimi bağlanılması barədə qadağaları var ki, hansısa fors-major hadisə baş verərsə, gediş-gəlişə maneə yaranmasın. Ümumi istifadədə olan yerlərə isə şlaqbaum qoymaqla bağlı qanunda qadağa yoxdur. Bu sahəni hansısa dövlət qurumunun öz üzərinə götürməsi də qanunla tənzimlənmir. Odur ki, vətəndaşlar məcbur olub belə bir addım atır və həyətlərini kənar avtomobillərdən qorumağa çalışırlar. Ümumiyyətlə isə həyətin bağlanması xoşagələn hal hesab olunmur, amma buna nəzarət etmək, hər hansı tədbir görmək Mənzil İstismar Sahələrinin və yaxud bələdiyyələrin səlahiyyətində olmayan məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm