“Kölgə iqtisadiyyatına qarşı mübarizə güclənir”
Turan
08:29 22.05.2020
Cəmiyyət
664
“Bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır”
“Son illər dünya iqtisadiyyatında baş verən təlatümlər, xüsusən də yeni növ koronavirus infeksiyasının geniş vüsət alması iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb”.
Bu sözləri “Sherg.az”a Milli Məclisin üzvü Anar Məmmədov deyib.
Deputat vurğulayıb ki, şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçot və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi siyasəti və kölgə iqtisadiyyatına qarşı mübarizə müstəsna əhəmiyyət daşıyır:
“Kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir. Eyni zamanda audit institutunun əhəmiyyətliyinin artırılmasını, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini zərurətə çevirir. Əlavə olaraq. nağdsız ödənişlərin səviyyəsinin ciddi surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini vacib hala gətirir. Ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Bildiyimiz kimi, statistikaya əsasən, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb. O cümlədən bu artımın 99 mini özəl sektorun payına düşüb”.
Parlament üzvü vurğulayıb ki, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3 faiz artaraq 1.4 milyard manatı üstələyib:
“Nəticədə isə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb. Bununla yanaşı pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində 190 manat birdəfəlik müavinətin verilib. Buna paralel təkcə aprel ayında əlavə 12 min ailə bu proqrama cəlb edilib. Hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Lakin qeyd olunanlarla yanaşı ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu da gizlətmir və onların həlli yolları üzərində səylə çalışırıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, bizdə də kölgə iqtisadiyyatının mövcudluğudur”.
A.Məmmədov bildirib ki, son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır:
“Bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Azərbaycan Prezidentinin kölgə iqtisadiyyatına dair fikirlərini xatırlatmaq yerinə düşərdi: “Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa, düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır”. Dövlət başçısı, həmçinin qətiyyətlə bəyan edir ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır, kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya