Körpə ölümü cəzasız qalmadı
Yusif Nəzərli
00:26 10.06.2022
Cəmiyyət
568
6 ildən sonra nəhayət 2 həkimə həbs cəzası kəsilib
Nəfəs almaqda çətinlik çəkdiyindən xəstəxanaya yerləşdirilən və ağciyər çatışmazlığı diaqnozu qoyulan 6 aylıq körpənin ölümünə görə 2 həkimə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. “Şərq” “NTV com.tr”-yə istinadən bildirir ki, hadisə 2015-ci ildə Türkiyənin İstanbul şəhərində yaşanıb. Miray adlı 6 aylıq körpə nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya yerləşdirilib.
Lakin xəstəxanada körpə vəfat edib. Körpələrinin ölümündə həkimləri günahlandıran valideynlər məhkəməyə müraciət ediblər. Məhkəmə istintaqı başlayıb və həkimlərin müalicədə səhvə yol verdikləri məlum olub. Körpənin anası Nurcan, atası Şahin Türkan xəstəxana həkimlərinə güvənərək körpələrini onlara etibar etdiklərini, lakin həkimlərin vəzifələrini icra edə bilmədiyini deyib. Vəfat etmiş körpənin anası müalicə həkimləri barədə “biri savadsız, digəri səhlənkar, məsuliyyətsiz idi.
Dərman müalicəsiylə körpəmiz vəfat etdi”, deyib. Körpənin atası Ş.Türkan isə məhkəmə prosesinin 6 ildir davam etdiyini vurğulayaraq, nəhayət, günahkarlartın cəzalandırılmasını tələb edib. Təqsirkar qismində prosesdə iştirak edən Nurəddin Onur Kutlu isə iddiaları qəbul etməyərək müalicə müddətində assistent həkim olaraq çalışdığını, xəstəxanaya müntəzəm deyil, yalnız çağırıldığı zaman gəldiyini deyib.
N.Kutlu körpənin ağır formada ürək çatışmazlığı, müəyyənləşməmiş metabolik xəstəliyi olduğunu söyləyib, körpənin ölümünə çox üzüldüyünü ifadə edib.
Məhkəmə körpənin müalicəsində dərman preparatlarının dozadan artıq istifadə edildiyini, şahid ifadələrini, xəstəxananın ictimai olmasını, valideynlərə dəyən mənəvi ziyanı əsas alaraq “səhlənkarlıqdan ölümə səbəbolma” maddəsiylə həkimlər N.Kutlu və Elvis Krajanın 3 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm