Korporativ sektordan UNEC-ə dəstək: “Azərlotereya” kitablar hədiyyə edib
Korporativ sektordan UNEC-ə dəstək: “Azərlotereya” kitablar hədiyyə edib
Yusif Nəzərli
08:56 31.10.2023
Cəmiyyət
301
“Azərlotereya” korporativ sosial məsuliyyət çərçivəsində elm və təhsilin inkişafı istiqamətində növbəti mühüm layihəyə imza atıb.
Bu barədə APA-ya Universitetdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzalanan əməkdaşlıq memorandumuna əsasən, “Azərlotereya” UNEC kitabxanasına müxtəlif dillərdə nəşr olunan kitablar hədiyyə edərək, universitetin kitab fondunu daha da zənginləşdirib.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdimolunma mərasimində çıxış edərək, nəfis tərtibatla nəşr olunan kitabların UNEC-də yeni fənlərin tədrisi üçün nəzərdə tutulduğunu deyib. Kitabların tələbələrin daha çox bilik və bacarıq əldə etmələrinə imkan yaradacağından əminliyini ifadə edən Osman Karakuş, UNEC ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
UNEC-in rektoru professor Ədalət Muradov universitet kitabxanasına göstərilən dəstəyə görə Osman Karakuşa təşəkkürünü bildirib, kitabların tələbələrin yeni biliklər əldə etməsində, eləcə də tədqiqatların aparılmasında faydalı olacağını deyib. Korporativ sektorun təhsilin inkişafı istiqamətində təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirən rektor, digər şirkətləri də bu layihələrə qoşulmağa çağırıb.
Qeyd edək ki, tərəflər arasında imzalanan memorandumda birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, “Azərlotereya”nın əməkdaşları üçün peşə hazırlığı kurslarının, eləcə də müəllimlərin praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm