Kür çayında suyun səviyyəsi 107 santimetr artıb
12:31 26.03.2021
Cəmiyyət
432
Martın 26-da Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 3, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində 14, Zəyəmçay-Ağbaşlar məntəqəsində 4, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Sifidor məntəqəsində 4, Viləşçay-Şıxlar və Təngərüdçay-Vaqo məntəqələrində isə 2 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mart ayının üçüncü ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 108, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda normanın 101-227, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 33 faizini təşkil edir.
Martın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 107 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 475 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan çox olmaqla normanın 156 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 8 santimetr azalaraq 115, Bankə məntəqəsində 16 santimetr azalaraq 117, Surra məntəqəsində 20 santimetr azalaraq 305, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 16 santimetr azalaraq 50 santimetr olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya