Lavrov: “Münaqişənin həlli üçün formatın seçimini Azərbaycan və Ermənistan müəyyən etdi” - VİDEO
12:47 12.12.2020
Cəmiyyət
456
Qarabağ münaqişənin həlli üçün formatı Azərbaycan və Ermənistan müəyyən etdi, üçtərəfli bəyanatın iştirakçılarının tərkibi məhz bu amilə əsaslanıb.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov İran KİV-nə açıqlamasında bildirib.
“İndi tənzimləməyə kimin kömək edə bildiyini və ya bilmədiyini düşünməməliyik. Yenidən vurğulayım ki, formatı Azərbaycan və Ermənistan seçib. Bəyanatda iştirak edənlərin tərkibini müəyyənləşdirən başqa bir şey olmayıb. Bunu İranın və ya Türkiyənin hesabına etmək cəhdləri olmayıb, ola da bilməzdi. İndi əldə edilən bütün razılaşmaları sona çatdıra bilmək və qarşıdurma bölgəsində birlikdə yaşamaq, ən yaxşısı isə yaxşı qonşuluq və işbirliyinə necə çevirəcəyimizi düşünmək daha vacibdir”, - deyə rusiyalı nazir İranın sülh planına niyə əhəmiyyət verilmədiyi sualına aydınlıq gətirib.
“Dağlıq Qarabağ məsələsində bizi qan tökülməsinə son qoymaq istəyi hərəkətləndirdi. Münaqişə tərəfləri - Azərbaycan və Ermənistan - Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdilər. Heç bir “gizlin” düşüncə yoxdur. Yeri gəlmişkən, Rusiya Xarici İşlər naziri vəzifəsində işlədiyim dövrdə iranlı həmkarlarımızla çoxsaylı danışıqlar zamanı Qarabağ mövzusunun maraq doğurduğu xatırlamıram”, - Lavrov əlavə edib.
O, İranın narahatlığının başa düşülə biləcəyini qeyd etdi, çünki Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək.
“Uzun illərdir hamı tərəfindən təsdiqlənən əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır. Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin birgə bəyanatında İranın təşəbbüsünü ehtiva edən əsas istiqamətlər də açıq şəkildə ifadə edilib”, - deyə o, bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya