Medalların sənədləri, vəsiqələri olur
Yusif Nəzərli
09:18 29.12.2021
Cəmiyyət
598
Bəzi təşkilatların orden və medallar hazırlaması doğru deyil
“Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
İkinci Qarabağ müharibəsindəki tarixi qələbə münasibəti ilə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə Aydın Bağırovu Dövlət Təhlükəsizliyi Xidməti cinayət məsuliyyətinə cəlb edib.
Belə ki, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şuşanın, Suqovuşanın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Füzulinin, Laçının, Ağdamın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, “İgidliyə görə” medalları, “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Rəşadət” ordeni, digər orden və medalların saxta nümunələrini hazırlayıb. Müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.
Saxta orden və medalların verilməsi barədə “Şərq”ə danışan “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bildirib ki, bəzi ictimai təşkilatlar medallar düzəltdirib, üzvlərinə paylayır. Bu, doğru deyil:
“Orden və medalları prezidentin sərəncamı ilə Müdafiə Nazirliyi verir. Məsələn, Birinci Qarabağ müharibəsində iki fərqlənmə nişanı olub. “Milli Qəhrəman” medalı və “Azərbaycan bayrağı” ordeni. “Milli qəhrəmanlar” ordeninin sayı təxminən 250-dən, “Azərbaycan bayrağı” ordeni isə təqribən 150-dən çox olub. İndi isə hər rayonun alınması ilə bağlı medallar mövcuddur”.
A.Əliyev qeyd edib ki, belə hallarda orden və medallar sifariş əsasında hazırlanır:
“Təltif edilən medalların sənədləri, vəsiqələri olur. Vəsiqələrdə ad, soyad, ata adı yazılır. Həmçinin məsələn, “Füzuli rayonunun işğaldan azad olunmasında yaxından iştirak edib. Füzulinin alınma medalı ilə təltif olunur” kimi tərtib edilir. Sonda isə Azərbaycan Respublikasının Ali Baş Komandanının imzası çəkilir. Biz də ictimai təşkilatıq. Hələ indiyə qədər döş nişanı belə hazırlatmamışıq. Vaxtında müraciət etdik. Medalların verilməsi ilə bağlı müraciətimizi aidiyyəti qurumlar qəbul edib. Bildirilib ki, vaxt gələr, sizlərə də müharibə iştirakçıları kimi medallar verilər. Zaman gəlib, ordumuz torpaqları işğaldan azad edib. Zəfər çaldıq. Yəqin ki, medallardan bizə də verilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi