"Mənim bir kasıb, qaçqın bacım var..."
Yusif Sultanoğlu
13:53 14.11.2020
Cəmiyyət
822
Cahangir Məmmədli: "Ona dedim ki, sənin evini qardaşın tikəcək"
"Çatan kimi birinci onun evini hazırlayacam. Heç kimdən kömək gözləməyəcəm"
Böyük şair Səməd Vurğun məşhur şeirində deyir:
“ Axşamüstü qoy uzaqdan, havalansın Xanın səsi,
Qarabğın şikəstəsi...”
Necə doğmadır bu misralar, hər birimiz əzbərdən, ürəkdən bilirik. Fəqət 28 ildir Xan əminin ruhu nigaran idi. Axı onun səsini ucaldacağımız Qarabağ düşmən tapdağında, yağı əlində qalmışdı.
Sentyabrın 27-də rəşadətli ordumuz bu qara yazını dəyişdi. Torpaqlarımızı qarış-qarış işğaldan azad etdi. Hələ noyabrın 8-i eşitdiyimiz Şuşanın qurtuluş xəbəri bütün nisgilli qəlblərin göz yaşını sildi. Başı dumanlı, yaralı Şuşamız azadlığına qovuşdu.
Necə sevindik, necə güldük. O hissləri bir ifadə edə bilsək kaş. Şuşanın müjdəsindən sonra, “Düşmən təslim oldu, qələbə bizimdir” şüarları ilə dünyaya səs saldıq. Doğrudan da zəfər çaldıq, Qarabağımızı işğaldan azad etdik.
Hələ ki Şuşadan danışaq. 9 noyabrda Müdafiə Nazirliyi Şuşadan ilk görüntüləri paylaşdı. Təkrar-təkrar izlədik. Məşhur Şuşa qalasına, Gövhər ağa məscidinə, bu bənzərsiz şəhərin küçələrinə doya-doya baxdıq. İlahi, elə bil yuxudur. Hələ 6 ay bundan öncə “Şuşanın işğalından 28 il ötür” deyib göz yaşı axıdırdıq. İndi isə sevincdən kövrəlirik.
Ardınca əsgərlərimizin, igidlərimizin Şuşadan videoları, şəkilləri sosial şəbəkələri bəzədi. Əvvəlcə Şuşa məscidini təmizlədilər, sonra namaz qıldılar. İllər sonra minarəsindən azan sədaları yüksəldi. Gör neçə ruhun üzü güldü...
Həmin videolara baxıb sevincdən ağlayan şuşalılar, öz evlərini görənlər isə bir başqa aləmdir.
İndi bütün məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günün intizarındadır. Biz də onların özlərindən eşidir, səslərindəki həsrəti, torpaq qubarını duyuruq.
Elə tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin səsindəki nisgil kimi... Cahangir müəllim deyir ki, dərdi çəkən bilər. Düz buyurur. Bizim də əlimizdən dərdinizə şərik olmaq gəlir. Professor həm də işğaldan azad olunmuş torpaqlarımızdan gələn videolara, fotolara fərəhlənərək baxdığını söyləyib: “Bəlkə də bu gün Azərbaycan xalqının içərisində elə bir adam tapmaq mümkün deyil ki, həmin görüntüləri görüb duyğulanmasın. Heç kim inciməsin, lakin dərdi çəkən onu daha çox duyur.
Mən dərdi çəkənlərdən biriyəm. Kəndim 30 ildir erməni tapdağı altında idi. Ağdam sözünü eşidəndə elə bilirəm dünyanı mənə verirlər. Balalarım, nəvələrim Bakıda böyüyüblər. Onlara Ağdam, Qarabağ ləhçəsindən uzaq olmağı qadağan etdim. Dedim ki, Qarabağ ləhçəsində danışmalısınız.
O torpaqlara, yerlərə baxıram, gözümün qabağına dünənki Qarabağ gəlir. Yaxın zamanda o vaxt qoyub gəldiyimiz Qarabağa gedəcəyik. Prezidentimiz tez-tez təkrar edir ki, Azərbaycan dövləti həmin torpaqları bərpa etmək gücündədir. Vurğulayır ki, yeni yaşayış yerləri salınacaq.
Oralar əvvəlkindən də gözəl, yaraşıqlı, geniş olacaq. Biz o cür evlərə qayıdacağıq. Mənim bir kasıb, qaçqın bacım var. Ona dedim ki, sənin evini qardaşın tikəcək. Çatan kimi birinci onun evini hazırlayacam.
Heç kimdən kömək gözləməyəcəm. Bir sözlə, bu duyğularla yaşayırıq. Nəvələrimin, balalarımın dünyada Ağdama getməkdən başqa arzusu yoxdur.
Laçından tutmuş Ağdama qədər elə bölgə yoxdur ki, ordan dostum, tanışım olmasın. Onların hamısı o yerlərə qayıdıb, rahat evində olmaq arzusu ilə yaşayır. Bəzən deyirlər məcburi köçkünlər torpaqlarına qayıtmayacaq.
Elə şey yoxdur. Hələ özümün tanıdığım qaçqınlar içərisində bir nəfər də yoxdur ki, ora minalardan təmizlənən kimi gedəcəm deməsin. Hamımız gedəcəyik. O yerləri cənnətə döndərəcəyik. Prezidentimizin sayəsində tezliklə Qarabağa qayıdacağıq. Azərbaycan dövləti həmin torpaqları gülüstan edəcək. Cənnətimiz mübarək olsun!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm