"Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində ölkə vətəndaşlarının həyat şəraitinin və rifahının daha da yaxşılaşdırılması durur. Vətəndaşlar da bu xidmətlərdən razıdırlar və öz məmnunluqlarını bildirirlər.
“Məqsəd islahatları dərinləşdirmək,vətəndaş məmnunluğunu artırmaqdır”
Şəymən Bayramova
09:17 20.05.2020
Cəmiyyət
1109
“DOST layihəsi də Azərbaycanın sosial xidmət sahəsində uğurlu və uzagörən layihələrindən biri sayılmalıdır”
Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.
Təsadüfi deyil ki, 3 saylı DOST mərkəzinin açılışında iştirak edən ölkə başçısı DOST mərkəzlərinin fəaliyyətə başlamasının sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürü kimi dəyərləndirib. Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalının 96 faizə çatdığını vurğulayan prezident
DOST mərkəzlərində göstərilən xidmətlərin sosial təminat sahəsində böyük yenilik kimi dəyərləndirib:" Artıq bir neçə ölkə bu təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. İnnovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir".
Dövlət başçısının toxunduğu məqamları dəyərləndirən millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a ölkəmizin bir çox sahələrdə dərin islahatların yeni mərhələsinə daxil olduğunu deyib. Onun sözlərinə görə, həm idarəçilik, həm də sosial xidmət sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir:
"Əsas məqsəd isə vətəndaş məmnunluğunun və sosial xidmət sahəsində şəffaflığın artırılmasıdır. Azərbaycan artıq bu sahədə böyük uğurlara nail olub.
Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir.
Azərbaycanın xidmət sahəsində böyük nailiyyətlərindən biri olan ASAN xidmət layihəsi artıq bir neçə ildir, ölkəmizdə həm Bakıda, həm də bölgələrdə fəaliyyətini uğurla davam etdirir, vətəndaşlara keyfiyyətli xidmət göstərir. Bu gün bir sıra ölkələr bu modelin öz ölkələrində tətbiqinə başlayıblar. Bu layihə həm də yeni gəncliyin və gənc kadrların hazırlanmasında ciddi rol oynayır.
DOST layihəsi də Azərbaycanın sosial xidmət sahəsində uğurlu və uzagörən layihələrindən biri sayılmalıdır. Son illər bu mərkəzlərin fəaliyyət və əhatə dairəsi sürətlə genişlənir. Yaxın vaxtlarda bölgələrdə də yeni DOST mərkəzləri yaradılacaq, əhaliyə 130-dan çox sosial xidmət göstəriləcək".
Deputatın fikrincə, bütün bu layihələrin həyata keçirilməsində əsas məqsəd islahatları daha da dərinləşdirmək və vətəndaş məmnunluğunu artırmaqdır:
"Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində ölkə vətəndaşlarının həyat şəraitinin və rifahının daha da yaxşılaşdırılması durur. Vətəndaşlar da bu xidmətlərdən razıdırlar və öz məmnunluqlarını bildirirlər.
Bu mərkəzlərin açılması həm Bakıda, həm də bölgələrdə yeni iş mərkəzlərinin yaradılmasına şərait yaradacaq, işə peşəkar və məsuliyyətli yanaşmanın yeni nümunəsini ortaya qoyacaq. Bu isə Azərbaycanın sosial xidmət sahəsində uğurlarını daha da artıracaq. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev yeni DOST mərkəzinin açılmasında ölkəmizin gələcəyi üçün xüsusi önəm daşıyan bir çox digər vacib məqamlara da toxundu. Bu onu göstərir ki, ölkə rəhbərliyi ölkəmizin inkişafını, bir çox sahələrdə islahatların dərinləşdirilməsini xüsusi diqqətdə saxlayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol