Milli maraqlara söykənən siyasət: Prezident gördüyü işlərlə əhalinin firavanlığına xidmət edir
Ayyət Əhməd
12:53 23.09.2019
Cəmiyyət
722
Ölkə başçısı İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət, Azərbaycanın inkişafını daha da sürətləndirir. Prezidentin inqilabi addımları sayəsində əməkhaqları, pensiyalar artırılıb, aztəminatlı ailələrin güzaranı yaxşılaşıb.
İctimaiyyət nümayəndələri, ekspertlər milli maraqlara dayanan bu siyasəti təqdir edirlər.
Millət vəkili Sahibə Qafarova Sherg.az-a Prezidentin gördüyü işləri, islahatları dəyərləndirərkən deyib ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Onun sözlərinə görə, Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür:
“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın iqtisadi qüdrətinin artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib. Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ölkənin davamlı tərəqqisinə xidmət edir. Bu gün dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur.
Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Bununla yanaşı, Azərbaycan dünya siyasi arenasında çox mühüm nailiyyətlərə imza atıb, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirib, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə nail olub. Bütövlükdə, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Cənab Prezident daim dövlətin mənafeyini - milli maraqları rəhbər tutur, öz fəaliyyətində xalqın dəstəyinə arxalanır. Ölkə rəhbərinin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətin inkişafa, firavan gələcəyə xidmət etdiyini əminliklə bildirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət