...Milyonlarla insan sevinəcək
03:25 10.03.2021
Cəmiyyət
577
"Bir çox müsəlman ölkələrində də baş örtüsü ilə şəxsiyyət vəsiqələri üçün şəkil çəkdirilməsinə icazə verilir"
Azərbaycanda “Pasportlar haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.
Belə ki, dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsində baş örtüklərindən istifadə edilməsi ilə bağlı əlavə və dəyişikliyin edilməsi nəzərdə tutulub.
Bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib. Hesabatda bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsi nəzərdə tutulub.
Lakin həmin tələblərə aydınlıq gətirilmir və bu hallar şikayətlərə səbəb olur. Bunun üçün də fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə, “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Ombudsmanın məlum təklifi ilə bağlı şərqşünas Seyid Camal Əzimbəyli "Şərq"ə danışarkən bildirdi ki, bu qanun qəbul edilərsə, Ramazan öncəsi bir müsəlman ölkəsi kimi bütün inanclı insanlar sevinəcək:
"Azərbaycan Respublikası dünyəvi ölkə olsa da burada milli, dini və mənəvi dəyərlərin həqiqi təəssübkeşi olan dövlətimiz və şəxsən ölkə başçısı Prezident İlham Əliyev cənablarıdır.
İnanıram ki, xalqımız imana silah kimi sarılan bir millətdir. Biz bunu Qarabağ zəfərində də gördük. Birmənalı olaraq bu vətənin hicab örtən, örtməyən fədakar anaları öz övladlarını dövlətin varlığı uğrunda ölümə göndərdilər. Dediyim odur ki, hicab geyinən yüzlərlə xanımın övladları da bu Vətən yolunda canlarını qurban dedilər.
Ona görə də bir müsəlman ölkəsi olaraq bu addım bizim dini və milli kimliyimizin vəhdətini yaşayan hər bir inanclı insan tərəfindən alqışlanacaq. İnanıram ki, bu təklif tezliklə səsə qoyularaq qəbul olunacaq. Çünki bu, mənəvi və islami dəyərlərə ən böyük ehtiramlardandır.
Qardaş Türkiyə və bir çox müsəlman ölkələrində də baş örtüsü ilə şəxsiyyət vəsiqələri üçün şəkil çəkdirilməsinə icazə verilir. Bu, həmin qadınların haqq, qanun və hürriyyətlərinin qorunmasına da xidmət edir.
Sözügedən təklifin qəbul olunması yüzlərlə yox, milyonlarla insanın sevincinə səbəb olacaq. Özü də Ramazan öncəsi bu təklifi irəli sürdüyü üçün mən dəyərli ombudsmana ayrıca təşəkkür edirəm".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya