
Mobil telefonun mövcudluğu şagirdlərin gələcək planlarını məhdudlaşdırmır - Sosioloq
Yusif Nəzərli
12:38 08.06.2025
Cəmiyyət
427
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, Qax rayonundan olan Qızyetər Babayeva maksimum nəticə göstərib. Bakupost.az xəbər verir ki, o müsahibəsində əvvəlcədən bu balı toplayacağına əmin olduğunu bildirib: "Şəxsi telefonum yoxdur. Düşünürəm ki, bu, öz istəklərimizə nail olmağımıza mane ola bilər. Arzum isə həkim olmaqdır".
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, müasir dövrdə təkcə yeniyetmə və gənclər deyil, yaşlı nəslin nümayəndələri də mobil telefondan həddindən artıq istifadə etməyə meyillidirlər ki, bu da onların digər həyati məsələlərdən uzaq düşməsinə səbəb olur:

“Doqquzuncu sinif şagirdinin bu məsələyə dair fikirlər bildirməsi və 300 bal toplaması müsbət haldır. Lakin qeyd etmək lazımdır ki, ölkəmizdə doqquzuncu sinifdə təhsil alan yüzlərlə şagird mövcuddur və onların arasında da yüksək nəticə göstərənlər az deyil. Bu baxımdan, mobil telefonun mövcudluğu yüksək nəticə əldə etməyə maneə yaratmır və gənclərin gələcək arzularının reallaşmasına əngəl olmur. Əksinə, telefondan düzgün və məqsədyönlü istifadə şagirdlərin bilik və informasiya əldə etmə prosesini sürətləndirir, bu da yüksək nəticə əldə etməyə zəmin yaradır. Lakin ondan səmərəsiz və nəzarətsiz istifadə hallarında tədris göstəricilərinin kəskin şəkildə aşağı düşməsi mümkündür. Belə hallarda nəinki 300 bal toplamaq, hətta minimal nəticə göstərmək belə çətinləşə bilər. Bütün yaş qruplarının texnologiyadan geniş istifadə etdiyi müasir cəmiyyətdə telefon sahibi olmaqdan imtina halları istər-istəməz psixoloji durumla bağlı suallar doğurur. Bu cür hallar istisna kimi qiymətləndirilməli və səbəbləri xüsusi araşdırılmalıdır. Nəticə etibarilə, mobil telefonun mövcudluğu şagirdlərin gələcək planlarını məhdudlaşdırmır. Əksinə, onun effektiv istifadəsi təhsildə müsbət nəticələrə yol aça bilər. Bu gün aşağı sinif şagirdlərinə də valideyn nəzarəti ilə mobil telefonların verilməsi geniş yayılmış və cəmiyyət tərəfindən qəbul olunmuş bir praktikadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm