Mühafizə orderləri yaxşıdır: Amma, zorakılığa qarşı daha effektli vasitələr var
Banuçiçək Kalbalıyeva
08:37 24.01.2020
Cəmiyyət
676
Ədliyyə nazirliyindən verilən məlumata görə ötən il zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib. Onlardan 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır.
Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyevin fikrincə, bu cür addımlar təqdirəlayiq olsa da, daha effektli çıxış yolları da var.
O, Serq.az-a bildirib ki, mühafizə orderlərinin verilməsi ilk baxışdan qurbanın təhlükəsizliyinin təmin edilməsi üçün müsbət addım kimi qiymətləndirilə bilər:
“Lakin burada daha təsirli metodlardan istifadə etmək məqsədəuyğundur. Belə ki, mühafizə orderləri verilən şəxslər, yəni qurbanlar öz evlərinə, işlərinə rahat şəkildə gedib-gələ bilmirlər. Əslində qurbana təziq göstərilən şəxs və ya şəxslər nəzarətə alınmalıdır. Başqa sözlə desək, təcridetmə prosesi həyata keçirilməlidir. Qurbanın ev, iş yerlərinin perimetrtləri müəyyənləşməli və xüsusi qolbaqlardan istifadə etməklə təzyiq göstərən şəxslərin qurbana yaxınlaşması məsafə baxımından məhdudlaşmalıdır. Doğrudur, bu, vəsait tələb edir. Lakin qurbanın təhlükəsizliyinin təmin edilməsi üçün daha effektli vasitədir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, qanunvericilikdə müəyyən dəyişikliklərin həyata keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malik ola bilər:
“Cəmiyyətdə baş verən bütün proseslər, o cümlədən də insanların həyat təhlükəsizliyi qanunla tənzimlənir. Zənnimcə, “Məişət zorakılığı haqqında” qanuna yenidən baxılmalı, ona müəyyə əlavə və düzəlişlər edilməlidir. Eyni zamanda əgər Azərbaycan “Qadın zorakılığına qarşı” İstanbul konvensiyasını ratifikasiya etsə, bu istiqamətdə daha ciddi addımlar atıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə