Müharibə yeni bitib, yaralar da təzədir
Turan
10:07 25.12.2020
Cəmiyyət
543
"Qısa zamanda Azərbaycan xalqının birgəyaşayışla bağlı rəyinin müsbətə doğru dəyişəcəyini gözləmək düzgün deyil"
"Biz Qarabağa axın etdikcə, əhalimizin sayını çoxaltdıqca, ermənilər yavaş-yavaş bölgədən çıxacaq"
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Dağlıq Qarabağda ermənilərlə birgəyaşayışın hansı şərtlərlə təmin olunacağı hər kəsi düşündürür. Təklif olunur ki, azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı və erməni əhalisi də həmin torpaqlarda yaşamalıdır. Prezident İlham Əliyev xalqa müraciətində diqqətə çatdırmışdı ki, işğaldan azad olunmuş ərazilərdə bütün əhalinin, o cümlədən, erməni əhalisinin təhlükəsizliyinə təminat verilir.
Çünki Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil. Ölkəmizdə bütün etnik qruplara eyni şəkildə münasibət var. Ancaq məsələ ondadır ki, hələlik ictimaiyyətdə ermənilərlə birgəyaşayışa baxış mənfidir. Aparılan sorğulardan da aydın olur ki, böyük əksəriyyət Azərbaycan torpaqlarında yenidən ermənilərlə birlikdə yaşamağı rədd edirlər. Lakin vurğulanan məqam odur ki, ermənilərin Dağlıq Qarabağda çoxluq təşkil etməsinə və gələcəkdə müəyyən siyasi oyunlara cəlb olunmasına imkan verməmək üçün onların məskunlaşdığı yerdə azərbaycanlıların olması, hətta mümkünsə, sayca üstünlük təşkil etməsi mütləqdir.
Günlərdir müzakirə olunan məsələni “Şərq”ə dəyərləndirən türkoloq-alim, professor Firudin Cəlilov deyib ki, müharibə yenicə yekunlaşıb, yaralar hələ təzədir. Professorun sözlərinə görə, qısa zamanda Azərbaycan xalqının birgəyaşayışla bağlı rəyinin müsbətə doğru dəyişəcəyini gözləmək düzgün deyil:
“İndi İrəvanda da sorğu keçirsələr, 99 faiz erməni azərbaycanlılarla birgə yaşamaq istəmədiyini deyəcək. Amma biz ümumiyyətlə ermənilərin Dağlıq Qarabağda uzun müddət yaşamasını istəmirik. Ona görə də elə etməliyik ki, ermənilər özləri zamanla bölgəni tərk edib Ermənistana getsinlər. Hamı çox yaxşı bilir ki, Rusiya sülhməramlıları Qarabağa əmin-amanlığı və sabitliyi təmin etmək üçün yox, tamam başqa planlarla gəliblər. Öz məqsədlərinə nail olmaq üçün Ermənistandan Xankəndi və ətraf bölgələrə erməni daşıyırlar. Çalışırlar ki, oranı ermənilərlə doldursunlar. Ona görə də biz də Qarabağda əhalini çoxaltmalıyıq.
Təklif edirəm ki, Qarabağ rayonlarının icra başçıları ilk növbədə özləri getsinlər və yerli sakinləri bölgəyə çağırsınlar, orada yerləşdirsinlər. Vacib deyil ki, Bakıdan, ya da ölkənin digər rayonlarından Qarabağa gedənlər daimi köç etsinlər. Ən azından mütəmadi gedib-gəlsinlər, öz yurdlarına, ev-eşiklərinə sahib çıxsınlar.
Kənardan baxanlar görsünlər ki, bölgədə azərbaycanlılar yaşayır. Özü də ermənilərin məskunlaşdığı kəndlərin lap yaxınlığına yerləşməliyik. Düzdür, bundan sonra eyni kənddə həm erməni, həm də azərbaycanlının birgəyaşayışı mümkün deyil. Amma bir-birinə yaxın kəndlərdə, qəsəbələrdə birgəyaşayışı təmin etmək olar”.
F.Cəlilov qeyd edib ki, Xankəndinə göndərilən camaatla da düzgün işləməliyik, onları proseslərdən xəbərdar etməliyik ki, sabah hansısa problemlə üzləşməyək:
“Biz Qarabağa axın etdikcə, əhalimizin sayını çoxaltdıqca, ermənilər yavaş-yavaş bölgədən çıxacaq. Görürsüz, artıq Xankəndindəki evlərini satmağa başlayıblar. Rusiyada olan imkanlı soydaşlarımıza müraciət etməliyik ki, Qarabağda hərəsi bir ev alsın. Problemin birdəfəlik həlli və gələcəkdə yeni qarşıdurmayla üzləşməmək üçün ermənilərin torpaqlarımızdan tamamilə rədd olub getməsinə nail olmalıyıq. Əlbəttə, əlimizə çomaq alıb onları qovası deyilik. Ancaq xalqımız 1988-ci ildə Ermənistandan zorla çıxarılan soydaşlarımızın hansı üsullarla yurdlarını tərk etməyə məcbur buraxıldığını yaxşı xatırlayır. Azərbaycanlılar çörək almağa gedəndə ermənilər nemətin üzərinə tüpürüb soydaşlarımıza verirdilər, küçədə görəndə söyür, təhqir edirdilər, ikinci dərəcəli məxluq kimi baxırdılar. Məncə, müəyyən zaman sonra Qarabağın dağlıq bölgəsində erməni qalmayacaq, tədricən çıxıb gedəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm