
Mütəxəssisdən xəbərdarlıq! - “Telefondan məlumatlarınızı çəkə bilərlər” – Bunları etməyin!
Yusif Nəzərli
13:25 24.12.2021
Cəmiyyət
627
“Tanımadığınız proqramı yükləməyin”
“Pulsuz təkliflər verə bilərlər, lotoreyada qalib gəldiyinizi deyə bilərlər. Müxtəlif üsullarla istifadəçini aldadıb, sonra telefona proqram yüklədib görüntüləri götürə bilirlər”
“Və yaxud video bağlantılarında bir növ şirnikləşdirib ekran görüntüsünü əldə edə bilərlər. İnsanlar ehtiyatlı olarsa, öz təhlükəsizliklərini təmin edəcəklər”
Soial şəbəkələrin Azərbaycan seqmentində şantaj hallarının sayı artıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlərdə “telegram” sosial şəbəkəsində kanalların insanların şəxsi həyatları ilə bağlı video və fotoların paylaşılması və sonradan şantaj edilərək silinməsi müqabilində pul tələb etməsi barədə müraciətlər daxil olur.
Bu məlumatlar hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı şantaj video və fotolarının həmin kanalların adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub. Hətta, ötən həftələrdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Bəs kibercinayət halları niyə bu qədər geniş vüsət alıb? Bununla bağlı hansı maarifləndirmə işləri aparılır və ya aparılmalıdır?

Sualmızı cavablandıran İnformasiya-Kommunikasiya Texnologiyaları(İKT) mütəxəssisi Cavid Yaqubəli “Sherg.az”a bildirib ki, insanlar mobil telefonlarına hansısa tətbiq yüklədikdə diqqətli olmalıdırlar:
“Şəxsən mən görməmişəm ki, kimsə bu mövzuda maarifləndirmə işləri aparsın. Belə izah verim, sizin telefonunuzun kamerasına hər hansı bir şəxsin müdaxilə etməsi üçün, onun yaratdığı zərərli proqramı telefonunuza yükləməlisiniz. Qarşınıza çıxan hər tətbiqi fikir vermədən "hə" deyərək yükləyirsinizsə, artıq kibercinayətkar sizin telefonunuzu rahatlıqla idarə edə bilir. Telefonunuzdakı şəxsi məlumatları əldə edib, sonradan sizi şantaj etməyə başlayırlar. Hansısa Bu cür halların qarşısını almaq üçün məsələn, “Android” sistemlərinin "Play Protect" funksiyası var ki, o, "Play Store"də yerləşdirilmiş proqramların zərərverici kodunun olub-olmadığını yoxlayır. Onlar "Google" tərəfindən əvvəlcədən təsdiqlənib ictimaiyyətə təqdim olunur.Ona görə də tətbiqləri yükləyərkən "Play Store"dən yükləmək lazımdır”.
Ekspert aldanmamaq üçün qarşı tərəfə fürsət verməməyi tövsiyə edib:
“Tanımadığınız proqramı yükləməyin. Pulsuz təkliflər verə bilərlər, lotoreyada qalib gəldiyinizi deyə bilərlər. Müxtəlif üsullarla istifadəçini aldadıb, sonra telefona proqram yüklədib görüntüləri götürə bilirlər. Və yaxud video bağlantılarında bir növ şirnikləşdirib ekran görüntüsünü əldə edə bilərlər. İnsanlar ehtiyatlı olarsa, öz təhlükəsizliklərini təmin edəcəklər”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət