Nazirlik: Bu il daha 50-dən çox e-xidməti istifadəyə veriləcək
10:09 09.01.2022
Cəmiyyət
798
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək.
APA-nın məlumatına görə, nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiqi geniş miqyas alıb.
Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması da bu sahədə işlərin operativ və sürətli aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması məqsədi daşıyır.
İclasda qeyd edilib ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.
Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib.
Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub.
Əmək münasibətlərinin rəsmi qeydiyyatı “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illərdə qurulan “Məşğulluq” altsistemi vasitəsilə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əlçatanlığının və effektivliyini təmin edilir.
Hazırda “Əmək münasibətləri və məşğulluq” altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “İctimai işlər portalı” və s. də hazırlanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi