Nə qədər insan əfvə düşəcək? - Açıqlama
Banuçiçək Kalbalıyeva
14:28 25.02.2021
Cəmiyyət
557
Dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 150-dən çox müraciətə baxılıb. Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb. Qeyd edək ki, indiyədək əfv komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.
Komissiyann üzvü, millət vəkili Zahid Oruc iclasın nəticələri barədə “Sherg.az”a danışdı:
“Nə qədər insanın əfv ediləcəyi Prezidentin səlahiyyətlərinə daxildir. Eyni zamanda kimlərə “yox” deyiləcəyini müzakir etmək komissiyanın daxili etik nizamnaməsinin pozulması deməkdir.
Bu, həm məhbusların özlərinə, həm də onların ailə üzvlərinə mənfi təsir göstərə bilər. Sadəcə onu söyləyim ki, komissiya bütün müraciətlərə baxmağa çalışır. Müzakirələr davam edir. Əsas məsələ “ikinci şans” qanununun olmasıdır. Statistik rəqəmlərin arxasında insanlar, talelər dayanır.
Bizdə on illərdir ki, əfv institutu var. Verilən qərarlar isə yalnız məhbusları və onların ailələrini deyil, bütöv cəmiyyəti sevindirir.
İndiyədək 66 dəfə əfv, 10 dəfə amnistiya qərarının qəbul edilməsi dövlətin humanist siyasətinin və mənəvi dəstəyinin təzahürüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya