Nərminin nənəsi İlkin Süleymanovun məhkəməsində dindiriləcək
Yusif Nəzərli
16:59 20.04.2023
Cəmiyyət
441
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin bir neçə yüksək rütbəli şəxsin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətləri müzakirə olunub.
Vəkillər hesab edir ki, cinayət işi ilə bağlı obyektiv hökm çıxarılması üçün Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Baş Prokurorluğun İstintaq İdarəsində bu cinayət işinin istintaqını aparmış müstəntiq Nadir Mirzəyevin, Tovuz rayonunun keçmiş polis rəisi Şirzad Əsgərovun məhkəmədə dindirilməsi lazımdır.
Vəkillər deyib ki, istintaq zamanı müxtəlif ifadələrdə həmin şəxslərin adı hallanıb.
Məhkəmə adıçəkilən şəxslərin heç birinin dindirilməsinə ehtiyac görməyib.
Müdafiə tərəfinin digər vəsatəti isə Nərminin əmisi oğlu Ruslan Quliyevin dindirilməsi idi. Vəkillər deyib ki, azyaşlı yoxa çıxan vaxt onun harada olmasıyla bağlı ziddiyyətli ifadələr var. Məhkəmə bu şahidlə bağlı vəsatəti də təmin etməyib.
Müdafiə tərəfi ümumilikdə 20-yə yaxın vəsatət qaldırıb.
Onların yalnız Nərmin Quliyevanın ana nənəsi Minayə
İsmayılovanın və qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi haqda vəsatətlər təmin olunub. Nərminin nənəsi Minayə Quliyeva ibtidai istintaq zamanı dindirilsə də, məhkəmədə şahid kimi tanınmayıb. İlkin Süleymanovun vəkilləri bildirib ki, Minayə Quliyeva əsas şahidlərdən biri olub, işlə bağlı mühüm ifadə verib.
Vəkillər əksər vəsatətlərinin təmin olunmaması ilə bağlı yazılı şəkildə etiraz vermək üçün vaxt istəyib.
Bu səbəbdən proses aprelin 26-na kimi təxirə salınıb.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə