Nəzir qutularına komitə nəzarət etmir - Rəsmi acıqlama
Nəzir qutularına komitə nəzarət etmir - Rəsmi acıqlama
Yusif Nəzərli
11:53 14.08.2023
Cəmiyyət
528
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətin dən "Sherg.az"a verilən məlumata görə ,
son günlər mediada, o cümlədən sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri məscid və ziyarətgahlarda ianələrin toplanması, daha doğrusu, nəzir qutuları ilə bağlıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı dəfələrlə mövcud vəziyyət və qanunvericilik bazası barədə açıqlama verməsinə baxmayaraq, təəssüf ki, hələ də bəzi mətbuat orqanlarında yanlış fikirlər tirajlayanlar, Dövlət Komitəsinə qarşı haqsız və əsassız ittihamlar səsləndirənlər var.
Görünən odur ki, bu cür əsassız ittihamlar bəzən bilərəkdən, bəzən də bilməyərəkdən tirajlanır, nəticədə ictimaiyyətdə ianələr, o cümlədən nəzir qutuları, habelə Dövlət Komitəsinin fəaliyyəti barədə yanlış rəy formalaşdırmağa cəhd edilir.
İanələr və nəzir qutuları ilə maraqlanan, bu məsələdə qərəzsiz və obyektiv fikir bildirmək istəyənlərdən xahiş edirik ki, mediada və sosial şəbəkələrdə nəsə yazmadan öncə “Dini etiqad azadlığı haqqında” Qanuna ötəri də olsa, nəzər yetirsinlər.
Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
İanələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün “İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi Qaydası” Dövlət Komitəsi tərəfindən işlənərək müvafiq qaydada təqdim edilib. Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək.
Bir daha bildiririk ki, sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq