Oğluna yalvarmır...
Yusif Nəzərli
02:28 10.06.2022
Cəmiyyət
668
Sürücülük vəsiqəsini yeniləyən 100 yaşlı qadın hara istəyir özü gedir
İtaliyanın şimalındakı Vicenza əyalətinin sakini, 100 yaşlı Candida Uderzo sürücülük kursunda görmə testindən keçərək yeni sürücülük vəsiqəsi alıb. “Şərq” “NTV.com.tr”-yə istinadən xəbər verir ki, Candida gənc yaşlarından etibarən avtomobil sürdüyünü, indi də yaşının çox olmasına baxmayaraq sükan arxasında əyləşməyi sevdiyini deyib: ”Müstəqil olmağı sevirəm.
Məni harasa aparsın deyə, oğluma yalvarmaq məcburiyyətində qalmıram, hara istəsəm, maşınımı sürüb özüm gedirəm”, söyləyən Candida İtaliyada bir əsrdən artıq sükan arxasında olan 3 qadından biridir.
Candida sağlamlığı və avtomobil idarə etmək istəyi barədə İtaliyanın “Corriera della Sera” qəzetinə müsahibə verib. “Sürücülük vəsiqəsini yeniləmək məni xoşbəxt etdi. Özümü daha da müstəqil hiss etməyimə səbəb oldu.
Oğluma məni gəzdirməsi üçün təzyiq etmək istəmirəm. Şanslıyam. 100 yaşındayam və sağlamam. Bu, mənim üçün də gözləmədiyim sürprizdir. Qətiyyən dərman içmirəm. Bəzən yuxu dərmanı qəbul edirəm. Ancaq bu qədər”, deyən Candida görmə qabiliyyətinin də çox yaxşı olduğunu, qəzetləri eynəksiz oxuduğunu söyləyib.
Candida Uderzonun yeganə kədəri ömür-gün yoldaşını erkən itirməsidir. Lakin bu itkidən sonra Candida həyatdan zövq almaqla həyatda sağlam qala biləcəyini dərk edib və dostlarıyla yürüşlərə çıxmağa başlayıb.
Təqaüdə çıxdıqdan sonra səyahət edən bir qrupa üzv olub və onlarla birlikdə günlərini maraqlı keçirməyə başlayıb. Hər bazar günü səhər saat 6-da oyanıb qrupdakı dostlarıyla qaçışa çıxıb, səyahətə gedib. İtaliya qanunlarına görə, avtomobil sahibləri 80 yaşdan sonra 2 ildən bir sürücülük vəsiqələrini yeniləməlidir.
Bunun üçün testlərdən keçməli, fiziki sağlamlıqları, görmə qabiliyyətlərinin sürücülük üçün uyğun olduğu yoxlanmalıdır. 100 yaşlı Candida bütün testlər üzrə müsbət nəticə göstərib və yeni vəsiqəyə sahiblənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm