
Oğurlanan uşaqlar! - “Övladlarımızı hər addımda təhlükə gözləyir” – Orqanları satılır?
Yusif Nəzərli
15:35 07.01.2022
Cəmiyyət
725
Lalə Mehralı:“Sırf bu sferada maarifləndirmə işləri aparılmalı, tövsiyələr verilməlidir. Çünki əksəriyyətimiz işləyən valideynlərik”
2 yaşlı uşaq qaçırılıb. Hadisə dekabrın 29-da Sabunçu rayonunun, Sabunçu qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Əvvəllər müəyyən səbəblərə görə yetkin yaşlı insanlar qaçırılardı. Son zamanlarda azyaşlı uşaqların qaçırılması halları daha çox baş verir. Bunun səbəbləri nələrdir? Məlum halların qarşısının alınması istiqamətində hansı addımlar atılmalıdır?

Vəziyyəti izah edən “Sağlam Cəmiyyət Hərakatı”nın rəhbəri, sosioloq Lalə Mehralı bu cür hadisələrin müxtəlif səbəblərdən qaynaqlandığını bildirib:
“Azyaşlı uşaqların qaçırılması son dönəmlərdə genişlənib. Uzağı 1 ay əvvəl məktəblinin qaçırılmasına cəhd edildi. Nə xoş ki, məktəbli maşından düşüb qaçmağa fürsət tapıb. Başqa bir misal deyim: Bakı kəndlərinin birində bir qız uşağı oğurlanmışdı. Polislər onu diləndirilərkən aşkarlamışdılar. Bu cür hallar bəzən uşağı diləndirmək üçün baş verir”.
Ekspert cəmiyyətin bu məsələ ilə bağlı münasibətinə də toxunub:
“Uşaqların oğurlanmsaı ilə bağlı insanlar tərəfindən şayiələr yayılır. Sosial şəbəkələrdə belə bir fikir dolaşır ki, oğurlanmış uşaqları hər hansı yollarla orqan nəqlinə görə xaricə satırlar. Amma hələ bununla bağlı təsdiqlənmiş bir məlumat yoxdur”.
Sosioloq bəzi anaların uşaqların atasını ittiham etdiyini vurğulayıb:
“Bəzən də belə olur ki, boşanmış ana uşağının itməsi ilə bağlı polis bölməsinə müraciət edir. Məlum olur ki, uşaq ata tərəfindən aparılıb. Ana isə bu hadisəni oğurlanma faktı kimi qələmə verir”.
L.Mehralı bir sıra tədbirlərin görülməsinin vacibliyini qeyd edib:
“Hüquq-mühafizə orqanları valideynləri diqqətli olmağa çağırmalıdır. Sırf bu sferada maarifləndirmə işləri aparılmalı, tövsiyələr verilməlidir. Çünki əksəriyyətimiz işləyən valideynlərik. Uşaqlar bağça, məktə, məşğələyə və s.-ə gedir. İndi hər addımda təhlükə uşaqlarımızı izləyir. Buna görə də rəsmi orqanlar geniş açıqlamalar verməli, övladlarımızı qorumağın yollarını göstərməlidir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi