Ombudsman: Ordumuzun uğurları hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadır
15:06 08.11.2020
Cəmiyyət
401
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad edib. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bütün Azərbaycan xalqını bu əlamətdar, şanlı gün münasibəti ilə təbrik edirəm.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə fikirlərini bölüşərkən bildirib.
Daha sonra Səbinə Əliyeva deyib: “Qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, bu gün müstəqil Müzə Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazır, qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Ordumuzun uğurları hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadır. Azərbaycan vətəndaşları bir nəfər kimi Müzəffər Ali Baş Komandanın, dövlətimizin, Ordumuzun yanındadır!
Torpaqlarımızı erməni tapdağından azad edən bütün əsgərlərimizə bu şərəfli yolda möhkəm cansağlığı, güc-qüvvət arzu edirəm. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Yaşasın müstəqil Azərbaycan, yaşasın Cənab Ali Baş Komandan, yaşasın Azərbaycan Əsgəri!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya