Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
Yusif Nəzərli
16:56 15.12.2021
Cəmiyyət
668
Ombudsman Aparatı Rusiyada azərbaycanlı həkim Camal Odilovun bıçaqlanması ilə bağlı məlumat yayıb.
"Report" xəbər verir ki, məlumatda deyilir:
"Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 2021-ci ilin 13 dekabr tarixində Murad Oqanesyan adlı şəxs Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə daxil olaraq həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli Murad Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.
Təəssüflər olsun ki, uzun illər ərzində Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətinin nəticəsi olaraq erməni cəmiyyətində azərbaycanlılara və digər millətlərə qarşı dözümsüzlük mühiti yaradılmış, nifrət zəminində cinayətlərin törədilməsi təşviq olunmuşdur və hazırda da davam etməkdədir.
Ombudsman olaraq Ermənistanın yürütmüş olduğu nifrət siyasəti nəticəsində azərbaycanlılara qarşı törədilən cinayətləri qəti şəkildə pisləyir, Ermənistan rəhbərliyini millətlər arasında düşmənçiliyi qızışdıran, regionda sülhü və insan hüquqlarını təhdid edən hərəkətlərin təşviqindən çəkinməyə çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat