Ombudsmandan beynəlxalq ictimaiyyətə müraciət - VİDEO
08:13 19.11.2020
Cəmiyyət
427
Ombudsman Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə videomüraciət edib.
"Sherg.az"müraciətin mətnini təqdim edir:
“Mən, Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsmanıyam.
Bu, Azərbaycan üçün, eləcə də bütün region üçün tarixi bir andır. Ermənistan-Azərbaycan münaqişəsinə hər iki ölkənin imzaladığı bəyanatla son qoyulub. Bu bəyanat tarixi əhəmiyyət daşıyır. Bəyanat Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoydu və regionumuza çoxdandır gözlənilən sülh və sabitlik gətirdi.
Öz torpaqlarından zorla çıxarılaraq məcburi köçkünə çevrilmiş bir milyona yaxın insan artıq doğma yurduna qayıda biləcək. Biz şadıq ki, onların hüquqları təmin ediləcək.
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində əks-hücum əməliyyatı həyata keçirdi və beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqları azad etdi. Bir çox insan, o cümlədən mülki şəxslər həyatını itirdi. Təəssüf ki, bu hər hansı müharibədə qaçılmaz nəticədir və hərbi əməliyyat ən son tədbir kimi tətbiq edilməlidir.
Azərbaycan da 30 ilə yaxın müddətdə gözləyib ki, Ermənistan BMT tərəfindən qəbul olunmuş əlaqədar sənədləri icra etsin və məcburi köçkünlərin insan hüquqları bərpa olunsun. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə hər hansı bir addım atılmayıb. Həmin şəxslərin insan hüquqlarına və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə tamamilə etinasız yanaşılıb.
Beynəlxalq sənədlər kağız parçası olaraq qalmamalı, onlara hörmət edilməklə yerinə yetirilməlidir. Beynəlxalq hüquq və beynəlxalq sənədlərə hörmətsizlik dünyanı yalnız xaosa sürükləyə bilər.
Biz bu müddət ərzində Azərbaycanın müxtəlif regionlarında həyatını itirən mülki şəxslərə görə çox təəssüf edirik. Onların döyüşlərlə hər hansı əlaqəsi yox idi və münaqişə zonasından uzaqda yaşayırdılar. Buna baxmayaraq, onlar öz evlərində ballistik raketlərlə hədəfə alındılar. Çox təəssüf ki, ölən və yaralanan mülki şəxslər arasında bir çox uşaq, qadın, ahıl insanlar da var. Mülki əhali döyüşlər zamanı hədəf seçilməməlidir. Bu, həm də beynəlxalq humanitar hüququn tələbidir.
Azərbaycan Dağlıq Qarabağda yaşayan bütün şəxslərin insan hüquqlarına hörmət edir və heç kəsi zorla yerindən çıxarmayıb.
Biz insan hüquqları və sülh naminə bütün müvafiq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və insan hüquqları təsisatları ilə əməkdaşlığımızı davam etdirəcəyik.
Qarabağ Azərbaycandır!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm