
Oqtay Gülalıyevin əməliyyatı uğurlu keçmişdi - Açıqlama
20:50 01.11.2023
Cəmiyyət
514
Adil Qeybulla: “Qalan məsələlər, hazırkı durumu ilə bağlı isə heç nə deyə bilmərəm”
“Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin üzləşdiyi ağır avtoqəza hadisəsindən və alınan kəllə-beyin travması ilə komaya düşməsindən 4 il ötdü. 4 il komada hərəkətsiz, huşsuz qalması hədsiz əziyyətli durumdur. Həm xəstə üçün və həm də ona günlər, aylar, illərlə qulluq edən öz doğmaları üçün. Və böyük günah iş etdi bunu edən, bu günahsız insana, onun ailəsinə qarşı”. Bu sözləri kriminalist İlqar Altay özünün sosial şəbəkə hesabında yazıb.
İ.Altay qeyd edib ki, Oqtay bəyin həkimləri onun indiki sağlıq durumu və sağalma perspektivi barədə, aparılan müayinə, müalicələr barədə açıqlama versələr yaxşı olar: “Professor Adil Qeybulla da müalicə edirdi deyəsən, indi də edirsə, cəmiyyətə bilgi versin zəhmət də olsa, görək müalicələr necə aparılıb.
Və bir də, bu ağır hadisənin istintaq, ekspertiza və kriminalistik təhqiq araşdırma tərəfləri nə ilə nəticələndi, hansı addımlar atıldı və nə işlər görüldü, bunlar tam, detallı açıqlanmalıdır. Mən özüm də bu barədə araşdırma aparmışam. Ədalətli yanaşaq. Dövlətə də maraqlı olardı bu. Allah köməyi olsun, özünə şəfa, ailəsinəsə səbr versin, Oqtay bəyin sağalması ümidi doğrulsun”.
Qeyd edək ki, 2019-cu il oktyabrın 29-da piyada keçidini keçərkən avtomobillə vurulan, hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətindən uzun müddətdir xəbər yoxdur. O.Gülalıyev “City Hospital”da əməliyyat olunub. Daha sonra onu “City Hospital”dan Respublika Neyrocərrahlıq Xəstəxanasına köçürüblər.
Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında Oqtay Gülalıyevi müalicə etməsi ilə bağlı fikirləri təkzib edib:

“Nə onun əməliyyat, nə də müalicə prosesində bir iştirakım olub. Sadəcə olaraq qəzadan sonra Oqtay Gülalıyevi çalışdığım klinikaya (City Hospital) gətirilmişdi deyə onun durumu ilə bağlı ictimaiyyətə məlumat verib, mediaya bir neçə açıqlama vermişəm. Ümumiyyətlə, onun bu klinikaya gətirilməsi təşəbbüsü də mənim deyil. Onu kim ora gətirib, özü yaxşı bilir. Onu deyə bilərəm ki, Oqtay Gülalıyevin əməliyyatı uğurlu keçmişdi, qalan məsələlər, hazırkı durumu ilə bağlı isə heç nə deyə bilmərəm. Kim onu müalicə edib, kim cavabdeh olubsa, həmin həkimlər danışsalar daha yaxşı olar. Bir daha deyirəm, Oqtay Gülalıyevin məhz "City Hospital"a gətirilməsi və orada əməliyyat, müalicə edilməsində heç bir rolum yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya