Ordumuz yeni reallıqlar yaradıb
09:06 03.12.2020
Cəmiyyət
539
Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişdi
Ermənilər həm şokdadır, həm də dərin ruh düşkünlüyü yaşayırlar. Onlar hələ də inana bilmirlər ki, İkinci Qarabağ müharibəsini uduzublar. Ağdamı, Kəlbəcəri tərk etmək istəmirdilər. Çıxmalı olduqlarını dərk edəndə isə hər şeyi yandırıb, viran qoyub çıxırlar. Elə Laçını da son saatlaradək tərk etmək istəmirdilər. Laçın şəhərində və bəzi kəndlərində bir sıra ermənilər gözləyirdilər ki, bəlkə çıxmamaq haqqında “göstəriş” gələcək. Bir erməni qadınının Laçından çıxmamaq üçün özünə necə əl qatmasının, vay-şüvən salmasının videogörüntülərini yəqin ki, çoxları izləyib. Bu onu göstərir ki, təkəbbürlü və özlərindən razı ermənilər Laçından və digər torpaqlarımızdan çıxarılacaqlarına, daha doğrusu, qovulacaqlarına inanmırmış.
Prosesləri “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, işğalçı Ermənistanın keçmiş və indiki rəhbərləri sıravi ermənilərdə belə bir yanlış inam formalaşdırmışdı ki, guya Qarabağ həmişəlik Ermənistanın işğalı altında qalacaq və “erməni yurduna” çevriləcək. Partiya rəhbərinin fikrincə, erməni “başbilənləri” sıravi insanları miflərə inandırmışdı:
“Azərbaycan Ordusu bu mifləri qırdı, məhv etdi. Ermənilər Ordumuzun qələbəsi nəticəsində ağır mənəvi-psixoloji zərbə aldı. Biz bu zədənin nəticələrini, əlamətlərini Laçını tərk etmək məcburiyyətində qalan mülki ermənilərin çöhrələrində gördük. Laçını tərk etmək onlar üçün çox ağrılı idi.
Prezident İlham Əliyev xalqa müraciətində diqqət çəkdi ki, ermənilər Laçın rayonunun ərazisinin bütünlüklə dəhliz kimi Ermənistanın nəzarətində qalmasını arzulayırmışlar.
Müzəffər Ordumuz ermənilərin bu iddialarını tamamilə alt-üst etdi, yeni reallıq yaratdı. Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişdi.
İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir. Bütün bunların hamısı Sizin xidmətiniz və uğurlarınızdır, cənab Prezident!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə