"Övladlar bəzən valideynlərini cəzalandırmaq məqsədilə intihara cəhd edirlər" - Psixoloq
Banuçiçək Kalbalıyeva
14:46 24.05.2020
Cəmiyyət
764
Bu günlərdə yenə intihara cəhd olub. Düzdür, polis əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb. Təəssüfləndirici məqam isə başqadır. Belə ki, adətən yeniyetmə və gənclər intihar etmək istəyirlər. Ömürlərinin ən gözəl çağını yaşayanlar niyə belə bir yolu seçirlər? Onları buna vadar edən nədir?
Psixoloq Fərqanə Mehman qızı “Sherg.az” açıqlamasında mənfi tendensiyanın müxtəlif məqamlarla bağlı olduğunu söyləyib:
“Əvvəla bilmək lazımdır ki, yeniyetmə və gənclər həmişə fərqlənmək istəyir və dolayısı ilə çılğınlığa meyil göstərirlər. Həm də belə ailələrdə “ölüm” sözündən tez-tez istifadə edilir. Adətən valideynlər “ölsə idin canım qurtarardı” kimi ifadələri müntəzəm işlədirlər. Nəticədə övladlar bir növ valideynlərini cəzalandırmaq məqsədilə bu yola baş vururlar. Üçüncü səbəb isə imtahanlarla əlaqəlidir. Bildiyimiz kimi, bu yaşda olanların əsas qayğısı universitetə qəbul olmaqdır. Bəzən valideynlər övladlarının üstünə o qədər gedirlər ki, yeniyetmə və gənclərin intihardan başqa çarəsi qalmır”.
F. Mehman qızının sözlərinə görə, özünütəsdiq cəhdləri də bəzən intiharla nəticələnə bilər:
“İndiki dövrdə gənclər çox ciddi rəqabət şəraitindədirlər. Texnikanın geniş imkanları buna imkan verir. Amma bəzən rəqabət effektsiz qalır. Heç kimə heç nəyə nail ola bilmir. Odur ki, yeniyetmə və gənclər özlərini təsdiq etmək, cəsarətli olduqlarını göstərmək naminə bir anın içində həyatlarına son vermək istəyirlər. Şəxsən mən intihar hallarını çox ictimailəşdirməyin də əleyhinəyəm. Yayılan analoji videolar intiharı insanların gözündə sadələşdirir, sanki camaatı özünə çəkir”.
Psixoloq qeyd etdi ki, aysberqin bir də görünməyən tərəfləri var:
“Heç də bütün intiharların səbəbi maddiyat, ailədaxili çətinliklər, işdə yaşanan problemlər deyil. O, sadəcə görünən tərəfdir. Əslində isə hərəkətverici qüvvə şüuraltı travmalardır. Bu, sonradan depressiyaya, xroniki depressiyaya gətirib çıxarır. Bir də baxırsan ki, özün belə fərqində olmadan intiharın astanasındasan. İnhihara meyilliliyin də dərəcələri var. Əgər yüngüldürsə, psixoloji söhbətlərlə, konsultasiyalarla problemi həll etmək mümkündür. Əks halda isə psixotrop dərmanlara, antidepressantlara da ehtiyac olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya