“Paşinyan hələ də əsl faşizm nümunəsi göstərir”
Şəymən Bayramova
09:49 12.05.2020
Cəmiyyət
949
"Ermənistanın siyasi rəhbərliyi Qaraginə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir”
"Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daima onların silahı olub . O zamanlar sadəcə faşizm termini yox idi . Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub . Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təccüblü deyil".
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədr müavini Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir:
" İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaragin Njde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür ancaq təəssüf ki , münasibət hələ də adekvat deyil . Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır digər tərəfdən işğalçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır.
Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər.
N.Paşinyan bunu qəsdən etməklə əslində erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli məsaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir . Ancaq necə olursa olsun, sonunda bu cılız küçə demokratı ifşa olunacaq . Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm