
Polietilen torbalardan yenə istifadə olunur
07:01 15.11.2023
Cəmiyyət
458
Sən saydığını say, gör müştəri nə sayır?
Onun ödənişli olması nəticəyə ciddi təsir göstərməyib
“Mağazalarda müştərilərə kağız paketlər təklif olunmur. Onlardan ancaq şirniyyat bölməsində istifadə edirlər. Kassalarda yenə də vətəndaşa “klyok” verək?” təklifi edilir”
2023-cü ilin sentyabr ayında 2023-cü ilin fevral ayı ilə müqayisədə (qanunvericiliyin tələblərinin icrasından əvvəl) ticarət obyektlərində polietilen torbaların satışında 45-50 faiz azalma müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, bu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müşahidələri və dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin üzvü olan iri market şəbəkələrindən işçi qaydada əldə olunan məlumatlarında əks olunub. Həmçinin qeyd edilib ki, Dövlət Xidməti bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir: "Eyni zamanda bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və Birliyə üzv iri ticarət şəbəkələrinin nümayəndələri ilə bir neçə dəfə maarifləndirici xarakterli görüşlər keçirilib".
Xatırladaq ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.
Qanunvericiliyə əsasən, istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.
İqtisadçı-ekspert Rauf Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, polietilen torbaların ödənişli olmasının bu torbalardan istifadənin azalmasına elə də ciddi təsirini görmürük:

“Mənə elə gəlir polietilen torbaların ödənişli olmasının əsas səbəbi elə ətraf mühiti çirkləndirən bu vasitələrdən istifadənin maksimuma endirilməsi, həm də onların satışından əldə olunan vəsaitdən dövlət büdcəsinə vergi köçürülməsidir. Lap bu torbalardan istifadə edənlərin 48 faiz azalması real statistika olsa belə, bu yenə də ekoloji cəhətdən təmiz olan kağız və parça torbalara keçidi stimullaşdıra bilmədi. Sadəcə, insanlar əvvəl mağazaya girəndə aldığı hər məhsulu ayrı polietilen torbaya qoyurdusa, ödənişli olandan sonra birini alır. Axı bu zərərli torbalardan istifadə edən əhalinin azalması deyil, dediyim kimi, pullu olduğu üçün insanlar 3 yox, 1 torba ilə kifayətlənir. Üstəlik, mağazalarda müştərilərə kağız paketlər təklif olunmur. Onlardan ancaq şirniyyat bölməsində istifadə edirlər. Kassalarda yenə də vətəndaşa “klyok” verək?” təklifi edilir. Sovet dövründə əhalinin həsirdən, yaxud da daimi istifadə üçün parçadan zənbilləri olurdu, bazarlığa da onunla gedirdilər. Məqsəd bu ənənəni yenidən aktuallaşdırmaq idi, lakin nail ola bilmədilər. Polietilen torbalardan hazırda da geniş istifadə olunur və ekologiyanı çirkləndirməyə əvvəlki kimi davam edirlər”.
İqtisadçı bildirdi ki, polietilen torbaların keyfiyyətində də problemlər var:
“Polietilen torbaların keyfiyyətinə nəzarət də düzgün aparılmır və istehsalçı burada polietilen torbaları incəldərək, keyfiyyətini azaldaraq əlavə qazanc əldə edir. Nəticədə, bu da insanları əlavə polietilen torba almağa sövq edir. Polietilen torbalar yırtıldığı zaman onu yenisi ilə əvəz etsinlər. İri marketlərdən kənar satılan polietilen torbalar da əvvəlki kimi keyfiyyətli deyil”.
Ekspert həmçinin polietilen torbaların reklam vasitəsi olduğunu nəzərə çatdırdı: “Polietilen torbaların üzərində marketlərin loqoları yerləşdirilib. Yəni polietilen torbalardan istifadə edən hər bir alıcı marketi reklam edir. Şirkətlərin gəlirinin 40 faizinə yaxını marketinq siyasətinə xərclədiyini nəzərə alsaq, burada demək olar ki, heç bir xərc çəkmədən özünü reklam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol