Prezident Ağdam məscidində:“Bu, dini dəyərlərimizə hörmətin təzahürüdür”
Banuçiçək Kalbalıyeva
13:40 24.11.2020
Cəmiyyət
638
“Biz dinlərə münasibətimiz, həmçinin dini tolerantlığımızla həmişə fərqlənmişik”
Azərbaycan Prezidenti İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Dövlət başçısı və birinci xanım səfər zamanı Ağdam məscidini ziyarət ediblər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Səfər zamanı, həmçinin prezidenrin Məkkədən gətirdiyi “Quran-i Kərim” Ağdam məscidinə bağışlanıb. Bu, Azərbaycanın həm də bütün müsəlman aləminə jesti kimi qiymətləndirilməlidir.
İlahiyyatçı-alim Hacı Şahin Həsənli sözügedən addımla bağlı “Sherg.az”a danışıb:
“Ümumiyyətlə, Ağdama səfər özü-özlüyündə tarixi hadisədir. Məscid hələ təmir olunmamasına rəğmən, prezident və xanımının orada ayaqyalın gəzməsi dinə olan ehtiramın bariz nümunəsidir.
Bu, dini dəyərlərimizə hörmətin təzahürüdür. Prezident indiyədək öz çıxışlarında dəfələrlə demişdi ki, biz işğal altındakı torpaqlarımızdakı məscidləri təmir edəcəyik.
İllərdir gözlədiyimiz gün, nəhayət, çatdı. İndi Qarabağdakı məscidlərimiz bərpa ediləcək.
Ümumiyyətlə, biz dinlərə münasibətimiz, həmçinin dini tolerantlığımızla həmişə fərqlənmişik. Bu mənada Azərbaycan unikal ölkələrdən biridir. Biz təkcə torpaqlarımızı yox, eyni zamanda mədəni irsimizi və tarixi abidələrimizi də əsarətdən azad etmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual