Prezident: “Azərbaycan zabiti bir amalla vuruşurdu: tarixi ədalət zəfər çalsın”
09:58 10.12.2020
Cəmiyyət
390
“Vətən Müharibəsinin ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.
“Mənim qardaşım demişdi ki, bu müharibədə Azərbaycan haqlıdır. Bildirmişdi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Birlikdə Zəfər paradında iştirak edərkən bir daha birliyimizi xalqlarımıza və dünyaya göstəririk”, - deyə Prezident qeyd edib.
İ.Əliyevin sözlərinə görə, 44 günlük Vətən Müharibəsində Azərbaycan qələbə qazanaraq, Ermənistanı məğlubiyyətə uğratdı:
“Bununla da işğala son qoyuldu. Bu 44 günün hər günü bizim şalı tariximizdir. Hər gün yeni şəhərlər, kəndlər, yüksəkliklər, qəsəbələr azad edildi. Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun. Tarixi ədalət zəfər çalsın. Buna nail olduq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya