“Prezident Kuboku”nun final görüşü keçirildi - FOTO
Yusif Nəzərli
11:57 24.12.2021
Cəmiyyət
530
Çövkən oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi və Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib.
Səkkizinci dəfə təşkil olunan “Prezident Kuboku” turnirində bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atlarımız olan “Qarabağ” və “Dilbaz”dan istifadəyə icazə verilib. Çövkən qədim zamanlardan Azərbaycanda atüstü oyun kimi geniş yayılıb. Bu yarışların keçirilməsinin əsas məqsədi xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpasından ibarətdir. Bu oyun yarış zamanı istifadə edilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb.
Bu yarışda hər komandada beş atlı olmaqla milli cins atlarımız iştirak edib. İndiyədək altı komandanın iştirakı ilə ümumilikdə 10 oyun keçirilib. Final görüşündə “Buta Golden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıb. “Buta Golden” komandası rəqibini 2:1 hesabı ilə üstələyərək “Prezident Kuboku”nun qalibi olub. Qalib komandanın üzvləri mükafat və kubokla təltif olunublar.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 50 min manat olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət