Psixoloqlar da onlayn rejimə keçiblər: “Bu, lazımi effekti verir”
Banuçiçək Kalbalıyeva
11:27 03.07.2020
Cəmiyyət
837
“Gün ərzində bir pasiyentlə canlı söhbət edirəmsə, üçü ilə virtual ünsiyyətdə oluram”
Koronavirus pandemiyasının insanların psixologiyasına təsir göstərməsi artıq məlumdur. Bu mənada psixoloqlara müraciətlərin sayı artıb. Amma karantin şəraiti tet-a –tet görüşlərə imkan vermir. Belə vəziyyətdə nə etmək lazımdır? Psixoloji seansları da təhsil kimi ən azı bir müddətlik onlayn mühitdə təşkil etmək mümkündürmü, yoxsa, distant psixoloji yardım mümkün deyil?
Sualımızı cavablandıran tanınmış psixoloq Azad İsazadə “Sherg.az”a deyib ki, indi onlayn seanslarda iştirak edən kifayət qədər pasiyent var:
“Karantindən əvvəl də insanlar təşviş keçirməyə başlamışdılar. Onlarda koronofobiya yaranmışdı. Karantin elan olunduqdan sonra məyyən çətinliklər meydana çıxdı. İnsanlar ancaq iki saatlıq icazə ilə psixoloq yanına gedə bilərdilər. Bunun üçün isə məsafə mütləq qısa olmalı idi . Odur ki, biz son vaxtlar seansları onlayn qaydada, müxtəlif proqramlar, o cümlədən “Watsapp”, “Skype” vasitəsilə aparırıq. Gün ərzində bir pasiyentlə canlı söhbət edirəmsə, üçü ilə virtual ünsiyyətdə oluram. Və, bu, lazımi effekti verir”.
A.İsazadənin sözlərinə görə, virtual seanslar yeni təcrübə deyil:
“Biz əvvəllər də bu üsuldan istifadə edirdik. Xüsusilə xaricdə yaşayan azərbaycanlılar seans üçün müraciət edirlər. Əlbəttə, orda da psixoloq var. Amma dil, mentalitet problemi ünsiyyətdə çətinlik yaradır. Ona görə də pasiyentlər rus və Azərbaycan dilində danışan psixoloq axtarırlar. Biz də əlimizdən gəldiyi qədər onlara kömək edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə