
Qadınlarda "yaş sindromu": Niyə gizlədirlər? - Psixoloqlar İZAH EDİR
15:21 11.08.2023
Cəmiyyət
940
- Neçə yaşın var?
- Neçə yaş göstərirəm?
- ...
Bu sualın cavabına yüksək rəqəm deyən adam isə "şir ürəyi yeyib": "Birdən 30 yaş deyərəm, 28 olar. Yaxşısı, aşağı rəqəm söyləyim".
"Qadından yaş, kişidən maaş soruşulmaz" deyirlər. Görəsən, qadınlar niyə yaşlarını gizlətmək ehtiyacı duyur? Bəyənilməmə, yoxsa qocalıq qorxusu?
"Sherg.az"ınsualını cavablandıran psixoloq Vəfa Əkbər açıqlamasında bildirib ki, qadın yaşını gizlədir, yaxud olduğundan az deyirsə, gəncliyində istədiyi formada ola bilməyib:

“Təbiətindən uzaq düşüb. İndiki yaşını qəbullanmır. Bu, bir kompleks deyil. Xanımlarda orta yaş krizidir, 40 yaşdan sonra belə hallar müşahidə edilir. Hətta krizisi atlatmaq çətin olur, “39 yaşım var” deyirlər.
Sosial şəbəkənin dinamikliyi də təsirsiz ötüşməyib. Qadın ruh yaşı ilə vəsiqədəki yaşı üst-üstə düşməyəndə özünü tədirgin və narahat hiss edir. Ruh yaşını daha çox sərgilədiyi üçün gizlətmək istəyir.
Gənclik, uşaq dövründəki ailə daxili basqılar da buna təsir edən amillərdəndir. Artıq müəyyən dövrdən sonra yaşamağa başlayır, həmişə eyni yaşda qalmağa çalışır. Yaşı gizlətməyin arxasında özünü qəbul edə bilməmək və uyğunlaşmamaq prinsipi dayanır".
Psixoloq Fuad Əsədov isə fikrini belə əsaslandırıb:
" İnsan cəmiyyətində həm kişilər, həm də qadınlar müəyyən məqsədlər üçün bir-biriləri ilə rəqabətə girirlər. Məqsədlərə əks tərəfin xoşuna gəlmək, öz cinsləri arasında seçilmək və s. daxildir. Kişilər üçün əsas güc anlayışıdır, zaman keçdikcə düşüncə dəyişir. Bir vaxtlar fiziki güc, pul, indiki dövrdə intellekt, karyerada irəliləmək mənasına gəlir. Kişilər həm öz həmcinsləri ilə müqayisədə daha intellektual yaxud karyerası öncül olmaq istəyirlər, həm də qadınlar üçün bunu edirlər. Çünki qadınların seçimlərində kişinin güclü olması, ayaqları üzərində durmağı bacarması önəm daşıyır.
Qadınlara görə isə gözəllik və cəlbedicilik anlayışı kimi başa düşülür. Onlar da ya kişilər, ya da həmcinsləri arasında diqqət çəkməyə cəhd göstərirlər. Qadının gözəlliyi, sağlamlığı, cəlbediciliyi yaşı ilə əlaqədardır. Müəyyən yaş dövründə qadınlar çəkici, maraqlı görünürlər. Gənclik dövründən çıxdıqca qocaldıqlarını fikirləşirlər. Qadınlar makyajlardan, estetik əməliyyatlardan istifadə edirlər ki, gözəl və gənc görünüşə sahib olsunlar. Təbii, bunlar kişilərə də şamil edilir. Lakin qadınlar həmin vasitələrə çox üz tutur. Qadınlar gənc görünmədikləri zamana daxil olanda yaşlarını gizlədirlər. Yaşları özləri üçün dilə gətirmədikləri "acı həqiqət" olur, həmçinin qarşı tərəfin bilməsini istəmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq