
Qardaş ölkə mesaj verdi: Azərbaycana qarşı təxribata əl ata bilməzlər!
Yusif Nəzərli
12:38 15.08.2023
Cəmiyyət
571
“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini nümayiş etdirir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, Türkiyənin Laçın dəhlizi ilə bağlı bəyanatında həm Ermənistana, həm separatçı rejimə, həm də dünya birliyinə açıq mesaj verir:

"Bildirir ki, siz elə düşünməyin, Azərbaycana qarşı hər hansı təxribata əl ata bilərsiniz. Bununla qardaş ölkəmiz xəbər verir ki, regionda o var! Deyir ki, o olduğu yerdə isə separatçı qüvvələrin bu cür hərəkət etməyi mümkün deyil. Vurğulayır ki, Azərbaycana qarşı istənilən bir hərəkətdə onu qarşılarında görəcəklər. Nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan arasında 2021-ci ildə Şuşa bəyannaməsi imzalanıb. Bu bəyannamənin məğzi ondan ibarətdir ki, tərəflər arasında qarşılıqlı hərbi əlaqələr mövcuddur. İki tərəfdən birinə təhdid olarsa, ciddi tədbir görmək mümkündür. Bu həm də region dövlətlərinə mesaj idi: Yəni sizin təxribatlarınızı görürəm, elə başa düşməyin ki, sakit dururamsa, nəsə etməyəcəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm