O bildirib ki, həmin paltarı “Şuşanın Dağları” mahnısına görə geyinib. Paytarı mahnının sözlərində keçən “Qırmızı koftalı, yaşıl tumanlı” ifadələrinə uyğun tikdirib. Bəs, köynəkdəki ay, ulduz və göy rəng necə olacaq? Əgər belədirsə, yalnız qırmızı kofta, yaşıl şalvar geyinilə bilərdi. Həm də qədim milli geyimlərimizdən olan “Tuman” ətəkdir.Yəni dar şalvarla yaxından-uzaqdan əlaqəsi yoxdur. Dərinə getsək, çox mətləbləri üzə çıxarmaq olar.
Qazidən İRAD: “Bayraq formasında paltar geyinmək olmaz”
Yusif Sultanoğlu
13:23 23.11.2020
Cəmiyyət
1432
“Bəlkə də, qurşaqdan yuxarı, Azərbaycan bayrağı kimi köynək tikdirmək mümkündür”
“Amma bayrağımın şalvar kimi geyinilməsini yaraşdırmıram, bəyənmirəm və tənqid edirəm”
Ötənlərdə müğənni Mənzurə Musayeva geyiminə görə tənqidlərə tuş gəldi. İrad bildirən insanların isə olduqca haqlı səbəbləri var idi.Çünki xanım müğənni bayrağımızı paltar kimi geyinib. Göy,qırımızı üzərində ayımız, ulduzumuz əks olunan köynək və yaşıl şalvar geyinib.Yəni müğənni libasında göy, qırmızı və yaşılı belə nümayiş etdirib. Bu da haqlı olaraq sosial şəbəkələrdə və eləcə də cəmiyyətdə insanların hiddətinə səbəb olub. Bayrağımıza olunan bu hörmətsizliyin ardından müğənninin özü açıqlama verib.
O bildirib ki, həmin paltarı “Şuşanın Dağları” mahnısına görə geyinib. Paytarı mahnının sözlərində keçən “Qırmızı koftalı, yaşıl tumanlı” ifadələrinə uyğun tikdirib. Bəs, köynəkdəki ay, ulduz və göy rəng necə olacaq? Əgər belədirsə, yalnız qırmızı kofta, yaşıl şalvar geyinilə bilərdi. Həm də qədim milli geyimlərimizdən olan “Tuman” ətəkdir.Yəni dar şalvarla yaxından-uzaqdan əlaqəsi yoxdur. Dərinə getsək, çox mətləbləri üzə çıxarmaq olar.
Amma biz sözü o bayrağın daim ucalması uğrunda bir gözünü və ayağını itirən qazimiz Kamil Musaviyə verdik. O da hamı kimi həmin görüntüdən narahat olduğunu söyləyib:
“Biz bayrağı yalnız şəhidlərimizə geyindiririk. Şəhidlərimizi bayrağa bürüyüb son mənzilə yola salırıq. Düşünürəm ki, bayrağı o səviyyədə geyinmək qəbuledilməzdir.
Bu da cəmiyyət tərəfindən xoş qarşılanmır. Mən də bayrağı paltar əvəzi geyinib küçədə özünü göstərənləri,vətənpərvər kimi nümayiş etdirən insanları qınayıram.
Düzdür, bayrağı çiyindən salmaq, əldə tutmaq olar. Amma bayraq formasında paltar tikdirib, geyinmək olmaz. Bəlkə də, qurşaqdan yuxarı, Azərbaycan bayrağı kimi köynək tikdirmək mümkündür.
Amma bayrağımın şalvar kimi geyinilməsini yaraşdırmıram, bəyənmirəm. Bunu da tənqid edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz