Qazidən “Qazi dönər”ə ETİRAZ: “Ucuz "PR"dan əl çəkmirlər!”
Yusif Nəzərli
14:11 10.01.2022
Cəmiyyət
1626
Vətəndaşların şəhid və qazilərə diqqəti hər cəhətdən özünü göstərir. İnsanlar onlara sevgi, hörmət və qayğı ilə yanaşır. Maddi və mənəvi dayaq olur.Təqdirəlayiq addımlar atılır. Ancaq son vaxtlar bəzi nüanslar cəmiyyətdə xoş qarşılanmır. Bu mövzu ilə bağlı sui-istifadə halları çoxalıb. İnsanların həssaslığından öz məqsədləri üçün yararlanırlar. Bu, xüsusilə də, biznes maraqlarında özünü büruzə verir. Belə məsələlərdən biri də “Qazi dönər” adlı kafenin fotosu olub. İnsanlar bu mövzuya mənfi münasibət sərgiləyib.
Bəs “Qazi” adının belə məqsədlər üçün istifadəsi nə dərəcədə doğrudur? Biz bunu “hörmət”, yoxsa “mənfəət” kimi görməliyik?
Məsələyə münasibət bildirən Qarabağ qazisi Kamil Musavi “Sherg.az”a söyləyib ki, bu cür adların məkanlara və ya yerlərə verilməsinin əleyhinədir:
“Bir insan tanınanda onunla bağlı hər şey diqqət mərkəzində olur. Qazilər isə, xüsusi yer tutur. Buna görə də onlarla bağlı hər şeyə tələbat var. Lakin “Qazi” adından bu cür istifadə etmək yolverilməzdir. Qazi adı o səviyyəyə düşəcək ad deyil”.
K. Musavi bu cür qazancların iziylə getmədiyini vurğulayıb:
“Mənə müəyyən təkliflər olub. İcazə istəniləndə verməmişəm. Qazi adını qorumaq üçün belə şeyləri qəbul etməmişəm. Təəssüf, müşahidələrim olur. Məsələn, maşınların arxasına "qazi" yazılır, bəzi obyektlərə bu ad verilir və.s. Heç vaxt bunları qəbul etməmişəm”.
Qazi bu adın davranışlarımızla, əməllərimizlə, vətənpərliyimizlə ucala biləcəyindən bəhs edib:
“Qazi adı daha yüksək mövqelərdə olmalıdır. Maşınıma əlil işarəsini belə vurmağa utanmışam. Kimsə kənardan fikirləşməsin ki, bu addan istifadə edirəm. Sıravi vətandaşam. Düzdür, insanlar özləri yaxınlaşıb xoş rəftar göstərir. Amma müharibədə canımızı qoyduq deyə insanlara yuxarıdan-aşağı baxa bilmərik. Biz belə şeylərə görə utanıb çəkinirik. Amma insanlar bu ucuz "PR"dan əl çəkmir!”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi