Qazilərin təcrübəsi, idarəetmə qabiliyyəti əsas götürülməlidir
Turan
06:37 03.03.2021
Cəmiyyət
782
Akif Nağı: "Sadəcə “qazi bütün qazilərin problemlərini bilir” prinsipi ilə hərəkət etsək, nəticə ürəkaçan olmayacaq"
“YAŞAT” Fonduna Qarabağ qazisi Elvin Hüseynovun rəhbər təyin olunması ilə başlayan “qazilərimizin və şəhid ailələrinin vəzifələrə gətirilməsi” prosesi davam etməkdədir. Xatırladaq ki, sadəcə Fondun rəhbəri deyil, Himayəçilik Şurasının üzvləri də müharibə iştirakçıları və şəhid ailələrindən seçilib. Müvafiq olaraq ölkə üzrə bütün rayon icra hakimiyyətlərinin nəzdində yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə də təyinatlar başlayıb.
Bu vaxta qədər bir neçə rayonda adıçəkilən şöbəyə sədrlər təyin olunub. Məsələn, bir müddət əvvəl Qobustan Rayon İcra Hakimiyyətində yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı Rövşən Dəmirov gətirilib. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və “Füzulinin azad olunmasına görə”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş qazi Vasif İsgəndərov Oğuz Rayon İcra Hakimiyyəti başçısının əmri ilə yeni yaradılmış şöbəyə müdir təyin edilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin müvafiq idarəsinə sədrlik isə müharibə qazisi Zamiq Mənsimliyə tapşırılıb. Z.Məsimli döyüşdə göstərdiyi cəsarətə görə, bir sıra medallarla təltif olunub. Əksəriyyət hesab edir ki, şəhid ailələri və qazilərlə bağlı şöbələrə məhz həmin kateqoriyadan olan şəxslərin rəhbər seçilməsi onların problemlərinin daha tez həllinə səbəb olacaq. Haqlı olaraq düşünülür ki, qazi və şəhid ailələrinin çətinliklərini özlərindən daha yaxşı heç kim bilə bilməz. Lakin prosesin formal hal almasından və müsbət nəticə verməməsindən narahatlıq duyanlar da yox deyil.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə açıqlamasında bildirib ki, Qazi və şəhid ailələri ilə bağlı gündəmə gələn bütün problemlərin həllinə dərhal çalışmaq lazımdır. QAT rəhbərinin sözlərinə görə, həssas məsələlərdə problemlərin şişməsinə imkan vermək olmaz:
“Amerikada orta hesabla gündə 22 nəfər müharibə iştirakçısı intihar edir. Sırf bu problemin qarşısını almaq üçün ABŞ-da xüsusi Veteranlar İdarəsi yaradılıb. Əfsuslar olsun ki, bizdə də arzuolunmaz hadisələr yaşanır. Yanvar-fevral ayında 4 qazimiz intihara əl atdı. Bu hadisə hamımızı həyəcanlandırmalı, təşvişə salmalıdır. Mən də hesab edirəm ki, rayon icra hakimiyyətləri nəzdində qazi və şəhid ailələri ilə bağlı xüsusi şöbələrin olması yaxşı haldır. Ancaq düşünürəm ki, mərkəzi bir qurum yaradılsa və həmin şöbələr mərkəzi idarənin tabeliyinə verilsə, daha effektli olar.
Müşahidələrimiz göstərir ki, yeni yaradılmış şöbələr öz rayonları daxilində belə hansısa qazinin, yaxud şəhid ailəsinin problemini həll etmək gücündə deyil. Mövcud problem yerlərdəki şöbələr tərəfindən dərhal mərkəzə çatdırılmalıdır ki, tezliklə həll olunsun. İcra hakimiyyətləri bu işin öhdəsindən gələ bilmir. Ayırd edə bilmirlər ki, qazilərin problemi nəylə bağlıdır. Çünki burada psixoloji, səhiyyə və maddi təminatla bağlı çoxsaylı çətinliklərdən söhbət gedir”.
A.Nağı vurğulayıb ki, rayon şöbələrində əsas problem odur ki, sədr təyin etmək üçün müəyyən tələblər, kriteriyalar müəyyənləşdiriblər:
"Şərt qoyublar ki, şöbələrə rəhbərlik edəcək şəxslər mütləq zabit olmalı, orden və medallarla təltif edilməli və yaralanmalıdır. Qazilər arasında bu şərtlərə cavab verənlər çoxdur. Bəs, idarəetmə bacarığı harda qaldı?! Qazilərin təcrübəsi, idarəetmə qabiliyyətinin olub-olmaması da əsas götürülməlidir. Sadəcə “qazi bütün qazilərin problemlərini bilir” prinsipi ilə hərəkət etsək, nəticə ürəkaçan olmayacaq. Sabah narazılıq olanda deyəcəyik ki, fılan şöbənin rəhbəri müharibə veteranıdır, amma qazilərə yardım etmir və s. Bunları deməmək üçün işi indidən düzgün qurmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya