Qaziyə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub
Yusif Nəzərli
09:40 22.12.2021
Cəmiyyət
947
“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlunun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Baş Prokurorluqdan "Sherg.az"a verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərlə B.Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Bəhram Rüstəmovun Bakı şəhərində ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, ilkin araşdırmalarla B.Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədi ilə rəhbəri olduğu “Bəyaz TV.Az” MMC-nin nəzdində özünün sədri olduğu Vətəndaş nəzarəti şurası adlı təsisat yaratdığı müəyyən olunmuş, həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkar olunaraq sübut qismində götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanmaqla B.Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirli şəxslərin, eləcə də Bəhram Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində ziyan dəymiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət