Deputat bildirib ki, bu günlərdə Azərbaycan xalqı düşmən üzərində Zəfər bayramını qeyd edir: “Azərbaycanın Ermənistan üzərində əzmkar qələbə çalmasında Prezident İlham Əliyevin siyasi liderliyi, həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi, Azərbaycan xalqının ona inam və etibarı xüsusi rol oynayır.
Qəhrəmanlıq salnaməsi 44 günə yazıldı
08:43 05.12.2020
Cəmiyyət
673
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli, qürurlu dövrlərindən birini yaşayır
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında koronavirusla mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ölkəmizin dünya ölkələri arasında qazandığı xüsusi hörmətin, yüksək nüfuzun, eyni zamanda, Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir”.
Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu günlərdə Azərbaycan xalqı düşmən üzərində Zəfər bayramını qeyd edir: “Azərbaycanın Ermənistan üzərində əzmkar qələbə çalmasında Prezident İlham Əliyevin siyasi liderliyi, həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi, Azərbaycan xalqının ona inam və etibarı xüsusi rol oynayır.
Bütün bunlara istinad edərək Prtezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilərkən verdiyi vədləri uğurla yerinə yetirdiyini söyləyə bilərik. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli, qürurlu dövrlərindən birini yaşayır.
Azərbaycan tarixdə heç zaman bu qədər güclü və müstəqil olmamışdı. Azərbaycanda həyata keçirilən uğurlu və müdrik siyasət nəticəsində bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil olub, ən müasir texnika və silahla təchiz olunub, Azərbaycan bütün sahələrdə, o cümlədən, ordu quruculuğu sahəsində böyük uğur qazanıb.
İşğal altında olan torpaqlarımızın azad olunmasında, Ermənistan üzərində həlledici qələbəmizdə bu amil xüsusi rol oynadı. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi”.
C.Məmmədov vurğulayıb ki, ikinci Qarabağ savaşında zəfərdən sonra Azərbaycan Ordusunun dünya reytinqlərində daha da irəliləyəcəyi şübhəsizdir:
“Bu gün dünyanın böyük dövlətləri Azərbaycan Ordusunun 44 gündə yazdığı qəhrəmanlıq salnaməsini öyrənir, öz ordusunda tətbiq etməyə çalışır. Prezident İlham Əliyev öz çıxışlarında bəyan etmişdi ki, nəyi nə zaman etmək lazımdır, bunu mən bilirəm.
Son baş verənlər bu fikri bir daha təsdiq etdi. Azərbaycan güclü diplomatik zəmin yaratdıqdan sonra Qarabağın işğaldan azad olunması üçün düşmənin cavabını layiqincə verdi. İndi bölgəmiz yeni bir mərhələyə qədəm qoyur.
Ölkəmizin daha güclü olması üçün hər birimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək güclü gələcək qurmaq naminə bütün imkanlarımızı səfərbər etməliyik.
Bunun üçün yetərli qədər imkan və potensialımız var. Daha çox çalışmalı, hər an ayıq-sayıq olmalı, kimlərinsə birlik, bərabərlik və həmrəyliyimizi pozmasına imkan verməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə