Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyib
Yusif Nəzərli
15:28 13.04.2023
Cəmiyyət
388
Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyən bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistanın kütləvi informasiya vasitələrində bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan Ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülər yayılıb.
Bu, hərbi əsirlərlə davranışa dair Cenevrə Konvensiyası, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı seçkiliyin növbəti bariz sübutudur.
Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olmuşdur. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.
Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol